Dünya
Dünya
İynə vurdurmağa gələn qadını səhvən abort etdilər - Xəstəxanada biabırçılıq
Cənubi Koreyadakı xəstəxanalardan birində hamilə qadını səhvən abort ediblər.
"MUMTV.az” xarici mediaya istinadən xəbər verir ki, 6 həftəlik hamilə qadın iynə vurdurmaq məqsədilə xəstəxanaya müraciət edib. Lakin onun adı başqa bir xəstə ilə səhv salındığı üçün qadın abort edilib. Əməliyyatda iştirak edən tibb bacısı və həkim xəstənin şəxsiyyətini dəqiqləşdirmədiklərini etiraf ediblər.
Faktla bağlı araşdırma başladılıb.