Dünya

“Moldova Ermənistanın terroçu mahiyyətindən xəbərdar olmalıdır” - Səfir
 
 
 
 
 
 
 
 
 
 
 

 
 

"Bu savaş dünyaya göstərdi ki, Azərbaycan öz torpaqlarını işğaldan azad etməyə qadirdir”.

Mumtv.az bildiri ki,bu sözləri Yenisabah.az-a Azərbaycanın Moldovadakı səfiri Qüdsi Osmanov İkinci Qarabağ savaşı barədə danışarkən deyib.

 

Onun sözlərinə görə, müharibənin ilk günlərində Moldovanın informasiya resurslarında Azərbaycanın haqlı mövqeyi barədə heç nə yazılmasa da, sonradan vəziyyət dəyişib.

 "Qələbələrin sayı artdıqca, eyni zamanda diplomatik korpusun və diaspor təşkilatlarının səfərbər olması nəticəsində müharibə barədə həqiqətlər Moldova ictimaiyyətinin diqqətinə çatdırıldı. Bundan sonra vəziyyət dəyişdi və artıq Moldovadan Azərbaycanın aqressor deyil, işğalçıya qarşı müharibə aparan tərəf olduğu aydın görünməyə başladı. Digər tərəfdən, Azərbaycanın heç də düşmən qarşısında əzik və məzlum olmadığı aydın oldu. Həm də Ermənistanın Moldovadakı dayaqları demək olar ki, sarsıldı”, - deyə səfir bildirib.

Səfir bildirib ki, ermənilər Moldovada kifayət qədər güclü olublar. "Hətta dövlət vəziflərində, parlamentdə təmsil olunan ermənilər var. Keçmiş prezidentin baş məsləhətçisi belə, erməni idi. Amma bununla belə biz onların dayaqlarını sarsıda bildik.

Bilirsiniz, səfirin özü nə qədər güclü bacarıqlı olsa, əməkdaşları da bir o qədər səmərəli fəaliyyət göstərəcək. Doğrudur, bizim Moldova ilə ikitərəfli münasibətlərimiz var. Amma buna arxayın olmaq olmaz. Hər gün yazılar yazmaq, təhlillər etmək, media ilə, siyasi-ictimai təşkilatlarla əlaqə qurmaq lazımdır. Burada diasporun da fəaliyyəti önəmlidir”, - deyə o vurğulayıb.

Qüdsi Osmanov qeyd edib ki, hazırda Moldovadakı diplomatik korpus və diaspor təşkilatları işğal olunmuş ərazilərdə erməniləri törətdiyi vandalizm aktlarını Moldova cəmiyyətinin diqqətinə çatdırmaq üçün səfərbər olub: "İndi bu bizim əsas vəzifələrimizdən biridir. Və artıq bu barədə təlimat da almışıq. Ermənilərin 30 ilə yaxın müddətdə işğal altında saxladığı ərazilərdə mədəni abidələri, məzarlılqaları, yaşayış evlərini məhv etməsi barədə foto-video sübutları toplayıb Moldova mediası vasitəsilə yayırıq və bu proses davam edəcək. Dünyanın bütün ölkələri, o cümlədən Moldova Ermənistanın terroçu mahiyyətindən xəbərdar olmalıdır”.


Son xəbərlər

1 iyuladək icazə alan taksi sürücüləri hansı üstünlüklərə malik olacaq? - AYNA-dan açıqlama

Bakıda yeni marşrut şəbəkəsinin tətbiqinə başlanılıb

Dövlət Agentliyi keçmiş deputatın şirkətinə 720 min manat ödəyəcək

MSK sədri parlament seçkilərinə hazırlıqla bağlı tapşırıq verdi

“Koroğlu”da yeni nəqliyyat mübadilə məntəqəsi yaradılacaq

Prezidentin sərəncamı 3000-ə yaxın şəxsə şamil olunacaq

Uşağa görə bu ailələrə 435 AZN pul veriləcək - RƏSMİ

Dünya dini liderlərinin Şuşa Bəyannaməsi qəbul edildi

Prezidentdən Heydər Əsədovla bağlı SƏRƏNCAM

Bu şəxslərə 2000 manat birdəfəlik yardım veriləcək

Kamal Kılıçdaroğlunun həbsi istənildi

Bu ölkə diplomatlarını İsraildən çıxardı

Ağdam rəhbərliyinin başdangetdi "quruculuq" işləri

Kəlbəcər şəhərinin Baş planı təsdiqləndi

Paşinyan Azərbaycanla sərhədə hasar çəkməyi təklif etdi

Qazaxın Xeyrimli kəndinin minatəmizləmə işlərinə başlanıldı

Şuşaya köç başlayır: Şuşalılar özləri fərdi ev tikə bilərmi?

Azərbaycanda yeni peyvənd vurulacaq

İlin sonuna qədər bütün azad edilmiş rayonlara qayıdış başlayacaq

Ermənistan MN demarkasiya olunmuş ərazilərdən geri çəkiləcək

Bu günə olan valyuta məzənnələri

Dörd ildən sonra COVID məhdudiyyətləri ləğv edildi

"Qonşularla münasibətlərimizi legitimlik əsasında qurmalıyıq" - Erməni baş nazir

Gürcüstan prezidenti gənclərə müraciət ETDİ

Respublika Sanitariya-Karantin Mərkəzinin baş direktoru cinayət başında TUTULUB - VİDEO

Nazir Məhkəmə Ekspertiza Mərkəzinin rəisini vəzifəsindən azad etdi

Səfərbərlik Xidməti məlumat yaydı: Çağırışçıların nəzərinə - Bundan sonra...

Məhkəmə Ramiz Mehdiyevin kürəkəninin şikayətini rədd etdi -ŞOK DETALLAR

Əfv Məsələləri Komissiyasının növbəti iclasının vaxtı məlum oldu

Parklarda Fəaliyyət Göstərən Səyyar Kababxanalar Hansı Məmurlarındır? – Faktlar+VİDEO

Uçot dərəcəsinin endirilməsi kredit faizlərini azaldacaq? - AÇIQLAMA

Yenilməz könüllü batalyon - FOTO

Bütün xəbərlər