Dünya
Dünya
İzmirdə xilasetmə işləri başa çatdı - 114 NƏFƏR ÖLƏN VAR
Türkiyənin İzmir şəhərində baş verən zəlzələdən sonra başlayan axtarış-xilasetmə işləri başa çatıb.
Mumtv.az Türkiyə mətbuatına istinadən bildirir ki, bu barədə ölkəninFövqəladə Halların İdarə olunması Agentliyinin (AFAD)rəhbəri Mehmed Güllüoğlu açıqlama verib: "Axtarış və xilasetmə işləri başa çatıb.Əməyi olan hər heyətə, könüllülərə təşəkkür edirik. Digər məsələlərlə bağlı işlər intensiv davam edir”.
Agentliyin açıqlamasına görə, oktyabrın 30-da İzmirin Səfərhisar hissəsində baş verən zəlzələdə 114 nəfər dünyasını dəyişib.