Dünya
Dünya
Etiraz məqsədilə geyim almaqdan da imtina etdi
Hollivud ulduzu, "Oskar” mükafatçısı Ceyn Fonda hər kəsi təəccübləndirəcək açıqlama verib.
Mumtv.az "Qafqazinfo”a istinadən xəbər verir ki, 82 yaşlı aktrisa "The Times” qəzetinə verdiyi açıqlamada daha özünə geyim almayacağını bildirib.
Tez-tez təbiətsevər kimi iqlim dəyişikliyi əleyhinə keçirilən aksiyalarda yer alan, dəfələrlə polis tərəfindən saxlanılan Fonda saçlarını da boyatmayacağını qeyd edib: "83 yaşım olacaq. Necə də zamanım boşa gedib. Niyə saçıma kimyəvi maddələr qoydurmağa davam edim ki? Əsla yeni bir paltar almayacam”.