Gündəm

Məktəbli forması dəyişir: BTE yeni geyim hazırlayıb - Qiymətlər də dəyişəcək?

2020-2021-ci tədris ili üzrə şagirdlərin geyim formalarının təsvirlərini müəyyən edən layihəyə dair ictimai rəyin öyrənilməsinə başlanılıb. 

Layihə ilə bağlı rəy və təkliflər 31 yanvar 2020-ci il tarixinədək təqdim olunacaq. Layihəyə görə, qızlar üçün yay geyim forması qısaqol köynək və ətəkdən, qış geyim forması isə uzunqol köynək, ətək və önü zəncirbəndlə bağlanan cibli jaketdən ibarət olacaq. Oğlanlar üçün yay fəslində tətbiq edilən geyim forması qısaqol köynək və şalvardan, qış geyim forması isə uzunqol köynək, şalvar və önü zəncirbəndlə bağlanan cibli jaketdən ibarət olacaq. 

Təhsil Nazirliyi geyim formaları elementlərinin ətək və şalvar - qara, tünd qəhvəyi, tünd boz, tünd göy və qəhvəyi-yaşıl; - Köynək - ağ, dəri, mavi, açıq yaşıl və açıq sarı; - Jaket - tünd boz, qəhvəyi, tünd göy, tünd yaşıl və açıq gəhvəyi rənglərdə hazırlanmasını nəzərdə tutur. 

İndiki məktəbli formalarının tikildiyi "Bakı Tikiş Evi"nin (BTE) satış şöbəsinin rəisi Etibar Əzimov Cebhe.info-ya açıqlamasında yeni məktəbli formasının nümunələri üzərində çalışdıqlarını bildirib:

"Bu ayın sonuna qədər yeni məktəbli geyimi ilə bağlı nümunələri hazırlayıb Təhsil Nazirliyinə təqdim edəcəyik. Tək biz deyil, kim bu işdə iştirak etmək istəyirsə, o geyimləri hazırlayacaq. Bizə də deyən olmayıb ki, hazırlayın. Sadəcə, "Bakı Tikiş Evi" olaraq təkliflərimizi verə bilərik. Hələlik nümunələr hazır deyil. Çünki geyimlə bağlı rənglər bu gün müəyyənləşib. Uyğun parça və rənglərdən şalvar, ətək, köynək və zəncirbəndlə bağlanan jilet tikiləcək. Seçimi isə Təhsil Nazirliyi edəcək”. 

Yeni məktəbli geyiminin qiymətində dəyişiklik olub-olmayacağına gəlincə, Etibar Əzimov bu barədə məlumatsız olduğunu bildirib: 

"Ortada hələ forma yoxdur. Nəyin qiymətindən söhbət gedə bilər? Bu, tamam başqa forma olacaq. Əvvəlki məktəbli formasında pencək var idi, indi pencəyi jaket əvəzləyəcək. Olmayan bir geyimin qiymətini necə müəyyən etmək olar? Nümunələr hazırlanandan sonra işlənən parçalar və ölçü kalkulyatora vurulacaq. Geyimin yayı və qışı da nəzərə alınmalıdır. Qiymət barədə hələ heç nə demək mümkün deyil”. 

Son xəbərlər

“AzerGold” QSC-də təhlükəsiz iş saatlarının sayı 5 milyonu ötüb

Ermənistan Azərbaycanla sərhəddəki kəndi minalardan təmizləyib

Əhaliyə ŞAD XƏBƏR: Bu evlərə “kupça” veriləcək

Şuşaya qayıdış başlanır

"İş vaxtından əlavə işləyənlər məhkəməyə müraciət edə bilər" - Ekspert

Anar Məmmədlinin ittiham olunduğu maddə məlum oldu

Əməliyyat keçirilən qurumun rəisi kimdir?

Osman Kazımov üçün mübarizə bitdi

“E-Şikayət” sistemində poçt xidmətləri üzrə şikayətlərin də qəbuluna başlandı

Səhiyyə Nazirliyinin bu mərkəzində əməliyyat keçirildi - Saxlanılanlar var

I və II Şəhidlər Xiyabanında tanınmadan 13 nəfər dəfn edilib

73 nəfər itkin düşmüş şəxslərin adları açıqlanıb - RƏSMİ

MEDİA-nın Naxçıvan Regional İdarəsi yaradıldı - Yeni təyinat

Bu həftə 6 gün işləyəcəyik?

İlham Əliyev Pakistanın MUSLİM İnstitutunun direktorunu qəbul etdi

Vəzifəli şəxsin oğlunun üzərinə benzin töküb yandırdığı qadın ÖLDÜ

Bu ərazilərdə qaz olmayacaq

İlk fərdi xərçəng peyvəndi yaradıldı

Növbəti köç karvanı Laçına yola salındı

ADNA terrorundan 15 il ötür

Qazaxda yaralanan hərbçimizin vəziyyəti ağırdır — TƏBİB

“Bakı-İrəvan danışıqlarında Astananın vasitəçiliyindən söhbət getmir”

Anar Məmmədli saxlanıldı - RƏSMİ

İsa Qəmbər Müsavat Partiyasının başqanlığına namizəd oldu

Havanın temperaturu iqlim normasından yüksəkdir

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma: TENDER BELƏ KEÇİRİLİR!

Fuad Muradov 7 kişini şantajda ittiham olunur

"Meqastore"də saxta kolbasa satılır? - VİDEO

Konsulun vəzifələri artırıldı

DSX əməkdaşı MİNAYA DÜŞDÜ

Prezident bu icra başçısını işdən çıxardı - Yeni təyinat

Onların göz yumduqları qanunsuzluqları kim aradan qaldırmalıdır ?

Bütün xəbərlər