Dünya

Azərbcayn Ordusu çox güclüdür. Bunu düşmən də yaxşı anlayır. Hətta vəziyyət o yerə çatıb ki, "Müdafiə haqqında" qanuna dəyişikliklər edilərək ictimai müzakirəyə çıxarıb. Bu, rəsmi İrəvanın acizliyindən başqa bir şey deyil.

Bu sözləri Axar.az-a ehtiyatda olan polkovnik Şair Ramaldanov Ermənistanda "Müdafiə haqqında" qanuna edilən dəyişikliklərin ictimai müzakirəyə çıxarılması haqda danışarkən deyib.

Ş.Ramaldanov bildirib ki, Ernənistanda "Müdafiə haqqında" qanuna edilən dəyişikliklərə əsasən, ölkədə könüllü hərbi dəstələrin yaradılması nəzərdə tutulur:

"Bu çox mənasız və absurd bir layihədir. Ümumiyyətlə, hərbi ritorikada "könüllü hərbi dəstələr” deyilən bir anlayış yoxdur. Çünki bu gün dünya tam olaraq peşəkar ordu sisteminə keçir. Əgər ölkə müharibə təhlükəsi ilə üzləşərsə, bu zaman ehtiyatda olan hərbiçilər və ya orduya yararlı sivil vətəndaşlar qanunlar çərçivəsində orduya cəlb edilir. Bir daha qeyd edirəm ki, səfərbərlik prosesi də müəyyən qaydalar əsasında aparılır.

Görünür, Ermənistan dünyada bir "ilkə imza ataraq”, könüllü hərbi dəstələr yaratmaq qərarına gəlib. Əslində, belə bir qanun qəbul edilməsini normal qarşılamaq lazımdır. Çünki rəsmi İrəvanı belə bir addımı atmağa vadar edən səbəblər var.

Birincisi, bu gün Ermənistanda ciddi bir demoqrafik problem yaşanır. Ölkə vətəndaşları social-iqtisadi problemlər səbəbindən sürətlə ölkəni tərk etməyə başlayıb. İstər-istəməz bu, orduya da təsir edir. Çünki demoqrafik problem orduya çağırılan gənclərin azalması deməkdir.

İkincisi, Ermənistan ordusu bu gün say etibarilə Azərbaycandan qat-qat azdır. İki ölkənin mövcud canlı qüvvəsi, ehtiyatda olan hərbi qüvvəsi və ən əsası ehtimal müharibə zamanı səfərbərlik potensialını müqayisə etdikdə, biz bariz fərqləri görə bilərik. Bu mənada Ermənistan öz ordusunun say tərkibini bu yolla artırmaq istəyir.

Üçüncüsü, Ermənistan bu yolla həm də xarici ölkələrdən gətirdiyi terrorçu, eyni zamanda muzdlu hərbi qrupları leqallaşdıra biləcəyini düşünür. Lakin işğalçı dövlət bu yolla sadəcə özünün qanunsuz fəaliyyətləri sırasına bir yenisini əlavə etmiş olacaq”.


Son xəbərlər

1 iyuladək icazə alan taksi sürücüləri hansı üstünlüklərə malik olacaq? - AYNA-dan açıqlama

Bakıda yeni marşrut şəbəkəsinin tətbiqinə başlanılıb

Dövlət Agentliyi keçmiş deputatın şirkətinə 720 min manat ödəyəcək

MSK sədri parlament seçkilərinə hazırlıqla bağlı tapşırıq verdi

“Koroğlu”da yeni nəqliyyat mübadilə məntəqəsi yaradılacaq

Prezidentin sərəncamı 3000-ə yaxın şəxsə şamil olunacaq

Uşağa görə bu ailələrə 435 AZN pul veriləcək - RƏSMİ

Dünya dini liderlərinin Şuşa Bəyannaməsi qəbul edildi

Prezidentdən Heydər Əsədovla bağlı SƏRƏNCAM

Bu şəxslərə 2000 manat birdəfəlik yardım veriləcək

Kamal Kılıçdaroğlunun həbsi istənildi

Bu ölkə diplomatlarını İsraildən çıxardı

Ağdam rəhbərliyinin başdangetdi "quruculuq" işləri

Kəlbəcər şəhərinin Baş planı təsdiqləndi

Paşinyan Azərbaycanla sərhədə hasar çəkməyi təklif etdi

Qazaxın Xeyrimli kəndinin minatəmizləmə işlərinə başlanıldı

Şuşaya köç başlayır: Şuşalılar özləri fərdi ev tikə bilərmi?

Azərbaycanda yeni peyvənd vurulacaq

İlin sonuna qədər bütün azad edilmiş rayonlara qayıdış başlayacaq

Ermənistan MN demarkasiya olunmuş ərazilərdən geri çəkiləcək

Bu günə olan valyuta məzənnələri

Dörd ildən sonra COVID məhdudiyyətləri ləğv edildi

"Qonşularla münasibətlərimizi legitimlik əsasında qurmalıyıq" - Erməni baş nazir

Gürcüstan prezidenti gənclərə müraciət ETDİ

Respublika Sanitariya-Karantin Mərkəzinin baş direktoru cinayət başında TUTULUB - VİDEO

Nazir Məhkəmə Ekspertiza Mərkəzinin rəisini vəzifəsindən azad etdi

Səfərbərlik Xidməti məlumat yaydı: Çağırışçıların nəzərinə - Bundan sonra...

Məhkəmə Ramiz Mehdiyevin kürəkəninin şikayətini rədd etdi -ŞOK DETALLAR

Əfv Məsələləri Komissiyasının növbəti iclasının vaxtı məlum oldu

Parklarda Fəaliyyət Göstərən Səyyar Kababxanalar Hansı Məmurlarındır? – Faktlar+VİDEO

Uçot dərəcəsinin endirilməsi kredit faizlərini azaldacaq? - AÇIQLAMA

Yenilməz könüllü batalyon - FOTO

Bütün xəbərlər