Dünya
Dünya
Çin Trampın korona ittihamlarına cavab verdi
Çin Xarici İşlər Nazirliyi ABŞ Prezidenti Donald Trampın Pekinin koronavirus infeksiyasını yayması ilə bağlı ittihamlarına cavab verib.
Mumtv.az Axar.az-a istinadən xəbər verir ki, rəsmi Pekin ölkəsinin virusla mübarizə istiqamətində görülən tədbirlər və görülən işlərin nəticələri barədə dəfələrlə və vaxtında məlumat yaydığını bildirib.
"Bu məlumatlar Çinin beynəlxalq sağlamlıq tələbləri ilə müəyyən edilmiş öhdəlik və vəzifələri vicdanla yerinə yetirdiyinin bariz nümunəsidir. Çinin epidemiya ilə qlobal mübarizəyə verdiyi böyük fədakarlıqlar və əhəmiyyətli töhfələr hamıya bəllidir”, - bildirilib.
Qeyd edək ki, bir müddət öncə Donald Tramp koronavirus pandemiyası ilə əlaqədar Pekinlə danışıqların dondurulduğunu elan edib.