Cəmiyyət
Cəmiyyət / Dünya
“Məni Moskvada…” – Prezidentdən kritik açıqlama
ABŞ Prezidenti Donald Tramp Moskvanın onun ikinci müddətə yenidən seçilməsini istəmədiyini söyləyib.
Mumtv.az Teleqraf.com-a istinadən xəbər verir ki, o, heç kimin Rusiya kimi sərt olmadığını da iddia edib.
"Rusiyanın ABŞ prezidenti postunda görmək istədiyi son şəxs Donald Trampdır”, - Ağ Ev rəhbəri bildirib. Onun fikrincə, Rusiyanın xoşuna gəlməyən uğurları arasında Trampın silahlı qüvvələri gücləndirməsi, NATO-nun xərclərini artırması, habelə Rusiyanın qaz boru kəmərlərinə qarşı sanksiyalar tətbiq etməsi kimi amillər var. Eyni zamanda, Tramp Çinin də yenidən seçilməsini istəməməsinə dair fikirlərini bildirib.