Dünya
Dünya / Səhiyyə
ABŞ-da 24 saatda 912 nəfər koronavirusdan öldü
ABŞ-da son sutka ərzində 70 min 647 nəfərdə COVID-19 simptomları aşkarlanıb.
Mumtv.az bildirir kİ, bu barədə Con Hopkins Universiteti məlumat yayıb. Açıqlamaya görə, ölkədə indiyədək 3 milyon 647 min 237 nəfərə koronavirus diaqnozu qoyulub. Ölkədəki 50 ştatdan 41-də yoluxma sayı artış göstərib.
Qeyd edək ki, ölənlərin sayı 912 nəfər də artıb. Beləliklə, ABŞ-da ümumilikdə 139 min 255 nəfərin öldüyü müəyyənləşib.
(Yenisabah.az)