Dünya
Dünya
Paşinyan daha bir deputatı həbs etdirdi
Ermənistan Milli Təhlükəsizlik Xidməti Çiçəklənən Ermənistan Partiyasından olan eks-deputat Abram Manukyanı saxlayıb.
Mumtv.az bildirir ki, bu məlumatı Ermənistan Milli Təhlükəsizlik Xidmətinin Mətbuat Mərkəzi yayıb. Manukyanın nəyə görə saxlanıldığı açıqlanmayıb.
Qeyd edək ki, Manukyan 2012-2017-ci illərdə deputat olub.
(Axar.az)