Dünya
Dünya
Hərbi karvana hücum edildi, 44 hərbçi itkin düşdü
Malidə hərbçiləri daşıyan karvan pusquya düşüb.
Mumtv.az xəbər verir ki, hadisə ölkənin cənubundakı Sequ vilayətində baş verib.
Məlumata görə, bir neçə avtomobil minaya düşüb, daha sonra karvan iriçaplı silahlardan atəşə tutulub.
Havadan dəstək göstərilməsinə baxmayaraq, hərbçilər ciddi itkilər verib. Karvanda olan 14 avtomobildən yalnız 4-ü bazaya qayıda bilib. 44 hərbçi isə itkin düşüb.
(Axar.az)