Bakıda gənc qadın itkin düşdü
Bakıda 28 yaşlı qadın itkin düşüb.
Sonxeber.az oxu.az-a istinadən xəbər verir ki, oktyabrın 24-ü, saat 15:00 radələrində Ceyranbatan qəsəbə sakini, 1991-ci il təvəllüdlü R.Məmmədova evdən çıxıb və bir daha geri qayıtmayıb.
Faktla bağlı araşdırma aparılır.