Dünya
Dünya
İtaliya xəbərdarlıq etdi: AB-ni tərk edəcəyik
Əgər turizmlə bağlı yaşıl dəhlizlər barədə təşəbbüs qüvvəyə minsə, İtaliya Avropa Birliyini tərk edəcək.
Mumtv.az Axar.az-a istinadən xəbər verir ki, bunu İtaliya Baş naziri Cüzeppe Konte deyib.
"Biz Avropa Birliyində turistlər üçün imtiyazlı yolların yaradılması barədə razılaşmanı qəbul etməyəcəyik. Əks halda biz AB-ni tərk edəcəyik. Bu dəhlizlər AB-nin vahid bazarının məhvi deməkdir”, – deyə o bildirib.
Qeyd edək ki, bu plana əsasən, koronavirusun az olduğu AB ölkələrində turizmin digərlərindən daha tez bərpa etdirilməsi nəzərdə tutulur.