Dünya
Dünya
Parisdə polis qərargahına hücum - ÖLƏNLƏR VAR
MUMTV.az xəbər verir ki, Parisdə polis idarəsinə hücum nəticəsində dörd nəfər həlak olub. Məlumatı BFMTV telekanalı yayıb.
Siti adasındakı polis idarəsinin işçilərindən biri bıçaqla polislərə hücum edib, dörd nəfəri qətlə yetirib. Hücum edən şəxs güllələnib.
İdarənin yerləşdiyi məhəlləyə giriş məhdudlaşdırılıb.
Hadisə yerinə Fransanın daxili işlər naziri Kristof Kastanet və baş nazir Eduard Filipp gəlib./Hurriyyet.org