Cəmiyyət

Postlardan bu sənəd ilə buraxmırlar - Rayona gedənlərin nəzərinə!

Nazirlər Kabineti yanında Operativ Qərargahın son qərarı ilə avqustun 5-dən etibarən icazə sistemi ilə hərəkət etmək ləğv edilib və rayonlara gedənlər yalnız ezamiyyə vərəqi əsasında postlardan buraxılır. Lakin yay ayı olduğu üçün məzuniyyətə çıxan şəxslər bölgələrdə istirahət etmək üçün postlara üz tuturlar və bunun nəticəsində, bu gün giriş-çıxış postlarında sıxlıq yaranıb və ezamiyyə vərəqi olmayan şəxslər geri qaytarılıb. Geri qaytarılanlar gedənlərin əksəriyyətini təşkil edib.

Mumtv.az bildirir ki, Baş Dövlət Yol Polisi İdarəsinin mətbuat katibi, polis polkovniki Kamran Əliyev "Qafqazinfo”ya açıqlamasında bildirib ki, xüsusilə bu gün getməyə cəhd göstərənlər çoxdur: "Bu gün bir avtobusun içində Lerikə getmək istəyən 40 nəfər saxlanılıb. Onlar düşünmürlər ki, qərarda göstərilən inzibati ərazilərdən giriş-çıxışa qoyulan məhdudiyyət qüvvədədir. Amma bu qərar qüvvədə ola-ola 40 nəfər bir avtobusun içində istirahətə getməyə cəhd edir. Hazırda postlarda daha da ciddi formada yoxlamalar aparılır. Qanuna uyğun olaraq ezamiyyə vərəqi olmayanlar birmənalı olaraq geri qaytarılır.

Vətəndaşlar bəzən elə bilirlər ki, məzuniyyətlə ezamiyyət eynidir. Ona görə məzuniyyət sənədi ilə postu keçmək istəyənlər də olur. Bunlar ayrı-ayrı şeylərdir, məzuniyyətə çıxmış şəxs hansı orqanda işləməsindən asılı olmayaraq sərtləşdirilmiş karantin zonasından buraxıla bilməz. Həmin şəxslər karantin postundan geri qaytarılırlar. Buna görə də özlərinə, ailə üzvlərinə əziyyət verib bu qədər yolu getməsinlər. Onsuz da onlar məzuniyyət sənədi ilə rayonlara buraxılmayacaqlar.

Bəzən insanlar fikirləşirlər ki, "gedim, buraxarlar”. Bu da səhv fikirdir, bununla postlarda tıxac yaradırlar və belə düşünənlər həqiqətən xidməti fəaliyyətinə görə ezam olunan şəxslərin postlarda gözləməsinə səbəb olurlar”.

K.Əliyev kimlərin kağız, kimlərin elektron ezamiyyə vərəqi ilə buraxıldığını açıqlayıb:

"Nazirlər Kabinetinin qərarı ilə xidməti vəsiqə ilə fəaliyyətinə icazə verilən şəxslər ezamiyyə vərəqini kağız formasında təqdim edirlər. Bundan öncə fəaliyyətinə icazə portalı vasitəsilə icazə verilən şəxslər isə ezamiyyə vərəqini portalda aktivləşdirməlidirlər”. 

(Yenisabah.az)

Son xəbərlər

Rusiya şəkər ixracını dayandırdı

Zaxarova Ukrayna ilə "sülh formulu"nu açıqladı

Alimlər hipersəs küləkləri olan planet kəşf ediblər

ABŞ hərbi bazası raketlərlə vuruldu

"ABŞ hegemon statusunu itirib" - Borrel

Bu yolda sürət həddi endirildi

Prezident ortamüddətli xərclər çərçivəsinin tənzimlənməsi ilə bağlı Fərman imzalayıb

Yenə həmin şirkət qalib oldu - FHN nazirin bacanağına 295 minlik tender verdi

Suvarma Sistemlər idarələrində korrupsiya bataqlığı - VİDEO

Taleh Qaraşov prezidentdən bu problemləri belə GİZLƏDİB

Elektrik və qazpaylayıcı şəbəkələrə qoşulma xidmətləri müəyyənləşdi

İcra başçısının oğlunun biznes şəbəkəsi - SİYAHI // FOTO

Kəlbəcərin Boyaqlı kəndinin ərazisi şəhərə birləşdiriləcək

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlandı

Vilayət Eyvazov generalı özünə müşavir təyin etdi - FOTO

Mövsümi depressiya ilə mübarizə aparmağın yolu!

Cahangir Hacıyev aclıq aksiyasına başlayıb

Bu xəbər Ermənistanı silkələdi: Göyçə və Zəngəzur Azərbaycana qaytarılır!

Elmar Məmmədyarov deputat olacaq? - AÇIQLAMA

"Nağıoğlu” MMC qanunsuz qum-çınqıl hasil edir? – Sahibkardan hərracda qalib olan şirkətə ittiham // FOTO + VİDEO

Kəlbəcərdə hərbçilər qəzaya düşdü

Hamiləlik zamanı siqaret çəkmək uşaqlarda buna səbəb ola bilər

Növbədənkənar parlament seçkiləri bu aylarda keçirilə bilər

Şənbə günü hava necə olacaq?

Kəlbəcərdə velosiped yolları salınacaq

İlham Əliyev polşalı həmkarını təbrik etdi

Gündəlik neçə saat yatmaq lazımdır?

Prokurordan Əhməd Əhmədovla bağlı AÇIQLAMA

Gəncə xəstəxanasında əməliyyat - Vəzifəli şəxslər saxlanıldı

İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul etdi - FOTOLAR

"Düz əyrini kəsir" - Görülən işlərə nəzər saldıqda...

Azərbaycanda qadınların pensiya yaşınını azaldılması təklif edilir

Bütün xəbərlər