Cəmiyyət

"Vətəndaşların çarəsiz durumuna, bu istidə evə məcburiyyət qarşısında qapanmalarına, xəstəliyin də bir yandan canlar almasına, həkimlərin fədakarlıq və əziyyətlərinə, hökumətin vəziyyətdən çıxmaq üçün yollar axtarmasına, insanların sosial vəziyyətinin ağırlaşmasına çox üzülürəm”.

Mumtv.az Mia.az-a istinadən xəbər verir ki, bu sözləri deputat Razi Nurullayev deyib.

"İndi bu işlərin sonu nə olacaq axı?” deyən deputat bildirib ki, vətəndaşlar işləməli, yeməli, kreditini ödəməli, xəstəsinə dərman almalıdırlar: "O qədər vətəndaş var ki, kredit üzündən təzyiq və təhdidlə qarşılaşdıqlarını deyirlər. Çox çətinliklər var. Dövlətin bütün gücünü, resursunu vətəndaşların sağlamlığına, sosial güzəranının yaxşılaşmasına sərf etmək üçün yeni mənbələr lazımdır. Əlavə ehtiyatlarımız nə varsa, gərək cəlb edək.

Həkimlərimiz belə həyatlarını itirirlər, yoluxurlar, ailələrindən təcrid olunmuş yaşayırlar. Çox həkimlə ünsiyyətim olur. Onlar deyir ki, onlara vəd edilən pulların verilməsində, artımında, ölənlərin sığortasında ciddi axsamalar var. Həyatlarını riskə atan həkimlərə sosial yanaşma olmalıdır”.

Razi Nurullayev vurğulayıb ki, gərək həkimlərin aldıqları əmək haqqı və sosial güzəştləri, mükafatları etdikləri risqə adekvat olsun:

"Amma onların ciddi narazılığı var, həkimlərin vəkil etdikləri nümayəndələri qəbul edib dinləmək lazımdır. Mən həkimlərlə belə bir canlı onlayn konfrans keçirmək niyyətindəyəm ki, cəmiyyət onları dinləsin və aidiyyatı orqanlar da gərəkən addımları atsınlar.

Allah xalqımızı qorusun!”



Son xəbərlər

“AzerGold” QSC-də təhlükəsiz iş saatlarının sayı 5 milyonu ötüb

Ermənistan Azərbaycanla sərhəddəki kəndi minalardan təmizləyib

Əhaliyə ŞAD XƏBƏR: Bu evlərə “kupça” veriləcək

Şuşaya qayıdış başlanır

"İş vaxtından əlavə işləyənlər məhkəməyə müraciət edə bilər" - Ekspert

Anar Məmmədlinin ittiham olunduğu maddə məlum oldu

Əməliyyat keçirilən qurumun rəisi kimdir?

Osman Kazımov üçün mübarizə bitdi

“E-Şikayət” sistemində poçt xidmətləri üzrə şikayətlərin də qəbuluna başlandı

Səhiyyə Nazirliyinin bu mərkəzində əməliyyat keçirildi - Saxlanılanlar var

I və II Şəhidlər Xiyabanında tanınmadan 13 nəfər dəfn edilib

73 nəfər itkin düşmüş şəxslərin adları açıqlanıb - RƏSMİ

MEDİA-nın Naxçıvan Regional İdarəsi yaradıldı - Yeni təyinat

Bu həftə 6 gün işləyəcəyik?

İlham Əliyev Pakistanın MUSLİM İnstitutunun direktorunu qəbul etdi

Vəzifəli şəxsin oğlunun üzərinə benzin töküb yandırdığı qadın ÖLDÜ

Bu ərazilərdə qaz olmayacaq

İlk fərdi xərçəng peyvəndi yaradıldı

Növbəti köç karvanı Laçına yola salındı

ADNA terrorundan 15 il ötür

Qazaxda yaralanan hərbçimizin vəziyyəti ağırdır — TƏBİB

“Bakı-İrəvan danışıqlarında Astananın vasitəçiliyindən söhbət getmir”

Anar Məmmədli saxlanıldı - RƏSMİ

İsa Qəmbər Müsavat Partiyasının başqanlığına namizəd oldu

Havanın temperaturu iqlim normasından yüksəkdir

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma: TENDER BELƏ KEÇİRİLİR!

Fuad Muradov 7 kişini şantajda ittiham olunur

"Meqastore"də saxta kolbasa satılır? - VİDEO

Konsulun vəzifələri artırıldı

DSX əməkdaşı MİNAYA DÜŞDÜ

Prezident bu icra başçısını işdən çıxardı - Yeni təyinat

Onların göz yumduqları qanunsuzluqları kim aradan qaldırmalıdır ?

Bütün xəbərlər