Cəmiyyət

İnsanlar niyə Türkiyədən onlayn alış-verişə üz tutur?-

Onlayn alışveriş bank kartı və ödəmə sistemləri ilə internet üzərindən edilən hər cür alış-verişdir.

Bu axımın sürətlə yayılmasının səbəbi, almaq istədiyimiz məhsulun görünüşünü, xüsusiyyətlərini və qiymətləriniinternetsaytları vasitəsilə ətraflı araşdıra bilirik. Son zamanlar vətəndaşlar arasında onlayn qaydada Türkiyədən geyim almaq olduqca populyarlaşıb. Bəs Türkiyədən onlayn qaydada geyim almağı sərfəli edən nədir?

Hazırda 4 ölkədən -Türkiyə, Rusiya, Amerika və Birləşmiş Ərəb Əmirliklərindən müxtəlif yüklərin və onlayn ticarət istifadəçilərinin sifarişlərinin Azərbaycana və ölkənin rayonlarına çatdırılmasını həyata keçirən Mover (Mover.az) Çatdırılma və Logistika şirkətindən Metbuat.az-a bildirilib ki, Bakıda"Mall”lar da satılan geyimlər ilə Türkiyədə onlayn sifariş ilə gətirilən mallar arasında ən azından iki dəfəyə qədər fərq var.

"Bəzi məhsullarda bu fərq hətta 3 dəfəyə qədər qalxa bilir. Bakıda iri ticarət mərkəzləri, Mall-larda satılan məhsulların üzərinə daşınma xərcləri, gömrük rüsumu xərcləri, mağazaların icarə haqqları, burada çalışan işçilərin maaşı əlavə olunur. Nəticədə həmin malların qiyməti bir neçə dəfə baha qiymətə satışa çıxarılır. Amma vətəndaşlar xaricdənsifariş verdikdə bu xərclərin heç birini ödəmirlər. Hər bir fiziki şəxsin 30 gün ərzində şəxsi istifadə üçün 1000 dollara qədər məhsul sifariş vermək limiti var. Həmin limit çərçivəsində gömrük rüsumu ödənilmir. Yalnız daşıma şirkətinin ödənişini ödəyib istədiyi məhsulu sifariş verə bilir.”

Bu sual həmişə öz aktuallığını qoruyub saxlayıb. İnsanları həmişə düşündürür ki, hansı seçim daha yaxşıdır: Birbaşa mağaza və dükanlardan alış veriş, yoxsa online alış-veriş?

Bəs Türkiyədən alışveriş zamanı hansı saytlardan sifariş vermək daha etibarlıdır ? Türkiyədə ən güvənilən onlayn alışveriş saytları hansılardır?

"Hazırda Azərbaycan elektron internet istifadəçilərinin Türkiyə üzərindən ən çox sifariş verdiyi sayt heç istisnasız "Trendyol”-dur. Bundan əlavə "Hepsiburada.com”, "Morhipo” saytından da alışveriş edənlər çoxdur. Hər üç saytın üstün cəhəti ondan ibarətdir ki, müxtəlif markaları bir platformada birləşdirib alıcılara təqdim edə bilirlər. Burada minlərlə markanın məhsulu var. Yəni alıcılar bir sayta daxil olub bir markadan məhsul ala bilərlər, amma bu saytlara baş çəkən alıcılar bir çox brendin, markanın məhsulunu bir ünvandan rahat tapıb alışveriş edə bilərlər. Bu saytlar mütəmadi olaraq endirim kanpaniyası həyata keçirir. Bu da dolayısı ilə məhsulun endirim vaxtı daha dasərfəlilik miqyasını iki dəfədən çox artırır.”

Niyə azərbaycanlılar daha çox Türkiyə saytlarından alışveriş etməyə üstünlük verirlər? Mover şirkətinin əməkdaşı bildirdi ki, buna səbəb daha çox ortaq dilin bir olmasıdır.

"Birincisi digər ölkələrdən, məsələn Amerika və Avropadan fərqli olaraq Türkiyədən məhsullar ölkəyə tez gəlib çıxır. İkincisi, dil məsələsidir. İngilis və ya rus dilində bilməyən insanlar türk saytlarından rahatlıqla istədiyi məhsulu tapıb sifariş verə bilir. Əgər məhsul ilə bağlı hansısa problem yaranarsa həmin saytın texniki bölməsinə yazıb problemini də həll edib suallarına cavab ala bilirlər. Burada qiymət məsələsi də önəmlidir. Avropa geyim brend və markalarınınhəm Bakıda həm də saytlarında qiymətləri bahadır.Onlar lyuks kateqoriya məhsul sayıldığından əhalinin müəyyən təbəqəsinin büdcəsinə uyğun sayılmır.Türkiyə üzərindən sifariş verən insanlar əhalinin əsasən orta təbəqəsini əhatə edir. Onlar dabildikləri markaların məhsullarını almağa üstünlük verirlər. Həmin geyim markalarınınBakıda da mağazaları var, amma burada nisbətən baha olduğundan orta səviyyəli türk brend və markaların məhsullarını onlayn sifariş verib əldə etmək daha ucuz başa gəlir. Digər məsələ isə insanların türk markalarını daha yaxşı tanıması səbəbindən onların həmin məhsullara daha çox maraq göstərməsinə səbəb olur.”

Elekton ticarət xidmətlərindən bəhrələnmək vaxta qənatə etməklə yanaşı başqa üstünlükləri də var. Bir şərtlə ki, müəyyən təcrübən və bilgilərin olsun. Metbuat.az fırıldaqçı e-ticarətdən qorunmağın yollarını təqdim edir:


Heç bir halda tanınmamış, adı duyulmamış, məhşur olmayan saytardan alış-veriş etməyin. Onlayn ödəmə qaydası tətbiq edilməyən saytlardan uzaq olun. Fırıldaqçı online alverçilər daha çox arıqlamaq üçün vasitələr, ucuz kosmetika və işlənmiş elektronika təklif edir. Bir çox hallarda tanınmış firmaların mallarının saxtasını təklif edirlər.

Malı təslim edən şəxsdən kimliyini təsdiq edən sənədi tələb edin. Saytın və təmsil etdiyi şirkətin faktiki ünvanını və telefonunu öyrənin.

Alacağınız malın haqqında təsnifatlı məlumat öyrənin. Etibarlı çatdırılma şirkətlərinin xidmətlərindən istifadə edin.


Son xəbərlər

1 iyuladək icazə alan taksi sürücüləri hansı üstünlüklərə malik olacaq? - AYNA-dan açıqlama

Bakıda yeni marşrut şəbəkəsinin tətbiqinə başlanılıb

Dövlət Agentliyi keçmiş deputatın şirkətinə 720 min manat ödəyəcək

MSK sədri parlament seçkilərinə hazırlıqla bağlı tapşırıq verdi

“Koroğlu”da yeni nəqliyyat mübadilə məntəqəsi yaradılacaq

Prezidentin sərəncamı 3000-ə yaxın şəxsə şamil olunacaq

Uşağa görə bu ailələrə 435 AZN pul veriləcək - RƏSMİ

Dünya dini liderlərinin Şuşa Bəyannaməsi qəbul edildi

Prezidentdən Heydər Əsədovla bağlı SƏRƏNCAM

Bu şəxslərə 2000 manat birdəfəlik yardım veriləcək

Kamal Kılıçdaroğlunun həbsi istənildi

Bu ölkə diplomatlarını İsraildən çıxardı

Ağdam rəhbərliyinin başdangetdi "quruculuq" işləri

Kəlbəcər şəhərinin Baş planı təsdiqləndi

Paşinyan Azərbaycanla sərhədə hasar çəkməyi təklif etdi

Qazaxın Xeyrimli kəndinin minatəmizləmə işlərinə başlanıldı

Şuşaya köç başlayır: Şuşalılar özləri fərdi ev tikə bilərmi?

Azərbaycanda yeni peyvənd vurulacaq

İlin sonuna qədər bütün azad edilmiş rayonlara qayıdış başlayacaq

Ermənistan MN demarkasiya olunmuş ərazilərdən geri çəkiləcək

Bu günə olan valyuta məzənnələri

Dörd ildən sonra COVID məhdudiyyətləri ləğv edildi

"Qonşularla münasibətlərimizi legitimlik əsasında qurmalıyıq" - Erməni baş nazir

Gürcüstan prezidenti gənclərə müraciət ETDİ

Respublika Sanitariya-Karantin Mərkəzinin baş direktoru cinayət başında TUTULUB - VİDEO

Nazir Məhkəmə Ekspertiza Mərkəzinin rəisini vəzifəsindən azad etdi

Səfərbərlik Xidməti məlumat yaydı: Çağırışçıların nəzərinə - Bundan sonra...

Məhkəmə Ramiz Mehdiyevin kürəkəninin şikayətini rədd etdi -ŞOK DETALLAR

Əfv Məsələləri Komissiyasının növbəti iclasının vaxtı məlum oldu

Parklarda Fəaliyyət Göstərən Səyyar Kababxanalar Hansı Məmurlarındır? – Faktlar+VİDEO

Uçot dərəcəsinin endirilməsi kredit faizlərini azaldacaq? - AÇIQLAMA

Yenilməz könüllü batalyon - FOTO

Bütün xəbərlər