Cəmiyyət
Cəmiyyət
Polis bütün avtobuslara nəzarət edə bilməz - Polkovnik
İki həftəlik sərt karantin rejimi dövründə Bakı şəhərində sıxlıq olacağı gözlənilmir.
Mumtv.az xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev Operativ Qərargahın bugünkü brifinqində deyib.
"Nəzərə alaq ki, bir çox fəaliyyət yerləri bu müddətdə fəaliyyətini dayandıracaq.
Yoluxma halları riskini azaltmaq üçün vətəndaşlar maskalardan istifadə etsələr, daha yaxşı olar. Müşahidələrimiz göstərir ki, avtobusda olan sərnişinlərin 30-40 faizi maskadan istifadə edir. Polis bütün avtobuslara nəzarət edə bilməz. Hamı başa düşməlidir ki, daşıyıcı olub, digər insanları yoluxdura bilər", - o bildirib.
(Axar.az)