Təhsil

Ali məktəblərə qəbul zamanı vahid qiymətləndirmə sistemi yaradılacaq
 
 
 
 
 
 
 
 
 
 
 

 
 
 
 

"Ali təhsil haqqında” qanun layihəsində ali məktəblərə qəbul proseduru ilə bağlı müddəalar da var”.

Mumtv.az bildirir ki,bunu Metbuat.az-a açıqlamasında Milli Məclisin Elm və Təhsil komitəsinin sədri Bəxtiyar Əliyev deyib.

Komitə sədri bildirib ki, bu gün Azərbaycanda ali məktəblərə qəbul qaydaları bütövlükdə Avropa və dünya məkanında olan qaydalara uyğundur: "Amma qanun layihəsində bir sıra yeni prosedurlar nəzərdə tutulur. Bunlar isə seçim məsələsi ilə bağlıdır. Bu gün ölkəmizdə abituriyentlərin ümumtəhsil məktəblərini bitirdikdən sonra Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən qiymətləndirməsi aparılır, daha sonra ali məktəblərə imtahan verilir. Yəqin ki, burada yeni bir prosedur nəzərdə tutulacaq. Bunların gələcəkdə birləşdirilməsi, vahid qiymətləndirmə sisteminin yaradılması nəzərdə tutulur. Digər tərəfdən ali məktəblərin reytinqlərinin müəyyənləşdirilməsi də həyata keçiriləcək. Bu reytinqlərə əsasən abituriyentlərin sərbəst şəkildə seçim etmələri mümkün olacaq. Vahid qiymətləndirmənin ilkin hüquqi bazasının yaradılmasını qanunda nəzərdə tuturuq”.

Deputat qeyd edib ki, icra mexanizminin günün tələblərinə cavab verməsi vacibdir: "Təhsil haqqında” qanuna uyğun olaraq kurrikulum əsasında artıq yeni qaydalar tətbiq olunur. Bunlar da şübhəsiz ki, o mexanizmin daha dəqiq işləməsinə xidmət etməlidir. Artıq yuxarı siniflərin təmayüllü siniflər kimi təhsil alması nəzərdə tutulur. Bununla bağlı biz qanuna dəyişiklik etmişik. Bu da gələcəkdə şagirdlərimizin ali məktəblərə hazırlıqları ilə bağlı meydana çıxan praktik çətinlikləri aradan qaldırır. Həmin təmayül siniflərində hər bir şagird gələcək peşəsinə uyğun istiqamətdə öz hazırlıqlarını davam etdirəcək və seçdikləri peşə üzrə ali məktəbə daxil ola biləcəklər. Bununla da gələcəkdə yüksək ixtisaslı kadr kimi yetişə biləcəklər. Yaxud da orta ixtisas məktəblərinə qəbul olunaraq, orada uyğun peşəni seçə və bacarıqlı, lazım olan səriştələrə malik peşəkar kimi öz əmək fəaliyyətlərinə başlaya biləcəklər”.


Son xəbərlər

Rusiya şəkər ixracını dayandırdı

Zaxarova Ukrayna ilə "sülh formulu"nu açıqladı

Alimlər hipersəs küləkləri olan planet kəşf ediblər

ABŞ hərbi bazası raketlərlə vuruldu

"ABŞ hegemon statusunu itirib" - Borrel

Bu yolda sürət həddi endirildi

Prezident ortamüddətli xərclər çərçivəsinin tənzimlənməsi ilə bağlı Fərman imzalayıb

Yenə həmin şirkət qalib oldu - FHN nazirin bacanağına 295 minlik tender verdi

Suvarma Sistemlər idarələrində korrupsiya bataqlığı - VİDEO

Taleh Qaraşov prezidentdən bu problemləri belə GİZLƏDİB

Elektrik və qazpaylayıcı şəbəkələrə qoşulma xidmətləri müəyyənləşdi

İcra başçısının oğlunun biznes şəbəkəsi - SİYAHI // FOTO

Kəlbəcərin Boyaqlı kəndinin ərazisi şəhərə birləşdiriləcək

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlandı

Vilayət Eyvazov generalı özünə müşavir təyin etdi - FOTO

Mövsümi depressiya ilə mübarizə aparmağın yolu!

Cahangir Hacıyev aclıq aksiyasına başlayıb

Bu xəbər Ermənistanı silkələdi: Göyçə və Zəngəzur Azərbaycana qaytarılır!

Elmar Məmmədyarov deputat olacaq? - AÇIQLAMA

"Nağıoğlu” MMC qanunsuz qum-çınqıl hasil edir? – Sahibkardan hərracda qalib olan şirkətə ittiham // FOTO + VİDEO

Kəlbəcərdə hərbçilər qəzaya düşdü

Hamiləlik zamanı siqaret çəkmək uşaqlarda buna səbəb ola bilər

Növbədənkənar parlament seçkiləri bu aylarda keçirilə bilər

Şənbə günü hava necə olacaq?

Kəlbəcərdə velosiped yolları salınacaq

İlham Əliyev polşalı həmkarını təbrik etdi

Gündəlik neçə saat yatmaq lazımdır?

Prokurordan Əhməd Əhmədovla bağlı AÇIQLAMA

Gəncə xəstəxanasında əməliyyat - Vəzifəli şəxslər saxlanıldı

İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul etdi - FOTOLAR

"Düz əyrini kəsir" - Görülən işlərə nəzər saldıqda...

Azərbaycanda qadınların pensiya yaşınını azaldılması təklif edilir

Bütün xəbərlər