Təhsil

BDU-da Ümumuniversitet elmi seminarı keçirilib
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 
 
 
 
 
 
 

Bakı Dövlət Universitetində (BDU) Kimya fakültəsinin "Ekoloji kimya və ətraf mühitin mühafizəsi” elmi-tədqiqat laboratoriyasının (ETL) aparıcı elmi işçisi, kimya üzrə elmlər doktoru Kamran Mahmudov və "Üzvi kimya” kafedrası nəzdində fəaliyyət göstərən "Zərif üzvi sintez” ETL-nın aparıcı elmi işçisi, kimya üzrə fəlsəfə doktoru Ataş Qurbanovun Portuqaliyanın Lissabon Universitetində uzun müddətli ezamiyyəti müddətində yerinə yetirdikləri elmi-tədqiqat işlərinin yekunlarına həsr edilmiş Ümumuniversitet elmi seminarı keçirilib.

Seminarı giriş sözü ilə BDU-nun elm və innovasiyalar üzrə prorektoru, AMEA-nın müxbir üzvü Aydın Kazımzadə açaraq elmi-tematik plan üzrə yerinə yetirilmiş işlər əsasında mühüm elmi nəticələrin Ümumuniversitet elmi seminarlarında kollektivə təqdim edilməsi, geniş müzakirəyə çıxarılması, həmçinin tələbələrin elmi axtarışlara sövq edilməsi məqsədilə davamlı olaraq təşkil olunacağını bildirib.

Hesabat xarakteri daşıyan seminarda Kamran Mahmudovun "Qeyri-kovalent qarşılıqlı təsirlər: sintez, kataliz və materialların dizaynı”, Ataş Qurbanovun isə "Kristal mühəndisliyində qeyri-kovalent qarşılıqlı təsirlər” mövzularında məruzələri universitetin elmi ictimaiyyətinə təqdim edilib. Məruzəçilər ezamiyyət müddətində Lissabon Universitetində mövzu üzrə elmi-tədqiqat işlərinin təşkili, BDU-nun Kimya fakültəsinin əməkdaşları və xarici alimlərlə birgə əldə etdikləri elmi nəticələri, həmçinin uyğun dövrü əhatə edən nəşrləri barədə də geniş məlumat veriblər.

Kamran Mahmudov bildirib ki, qeyri-kovalent qarşılıqlı təsirlər (hidrogen, halogen, xalkogen, pnictogen, tetrel və triel rabitələr, həmçinin kation-π, anion-π, π-π, n-π*, aqostik, pseudo-aqostik, anaqostik, dispersion, lipofil, və s.) biomolekulların və materialların özülünü təşkil edir. Keçid mərhələlərini və intermediatları stabilləşdirən qeyri-kovalent qarşılıqlı təsirlər kimyəvi reaksiyaların selektivliyi və katalitik proseslərin istiqamətini müəyyən edir. Baxmayaraq ki, hidrogen rabitəsinin rolu sintez və katalizdə yaxşı öyrənilib, yeni növ rabitələr - halogen, xalkogen, pniktogen, tetrel və triel - sintetik kimyada geniş istifadə edilməyib. Ezamiyyət dövrü ərzində üzvi və koordinasion birləşmələrin sintezində qeyri-kovalent qarşılıqlı təsirlərin rolunun öyrənilməsi, azot və hidrazonlarda E/Z izomerləşmənin qeyri-kovalent qarşılıqlı təsirlərlə nəzarəti, qeyri-kovalent qarşılıqlı təsirlər mövzusunda beynəlxalq konfransın təşkili əsas məqsəd olub. K.Mahmudov onu da əlavə edib ki, Clarivate Analytics agentliyinin siyahısına daxil olan yüksək impakt faktorlu jurnallarda 4 geniş icmal, 2 kitab fəsli, 25 məqalə və 12 tezis nəşr etməklə Bakı Dövlət Universitetini layiqincə təmsil edib.

Digər məruzəçi Ataş Qurbanov isə koordinasion və üzvü birləşmələrin xassələrinin molekullararası zəif qarşılıqlı təsirlərin (hidrogen, halogen, xalkogen, tetrel ve s. rabitələr) təbiətindən asılı olduğunu seminar iştirakçılarının diqqətinə çatdırıb. Məlum olub ki, molekula qeyri-kovalent rabitə donor və ya akseptor əvəzedicilər daxil etməklə onların xassələrini dəyişmək (tənzim etmək) mümkündür. Koordinasion birləşmələrin katalitik aktivliyini artırmaq ücün ligand molekuluna əlavə sulfo və ya karboksil qruplarının daxil edilməsi hidrogen rabitəsi hesabına reaksiyanın seçiciliyini təmin edir. Tək hidrogen rabitəsi deyil digər qeyri-kovalent garşılıqlı təsirlər - halogen və ya tetrel rabitələr də molekulların kristalloqrafik parametrlərini və xassələrini dəyişir.

 

Ataş Qurbanov ezamiyyət dövründə qarşıya qoyulan əsas məqsədin üzvü və koordinasion birləşmələrin katalitik, bioloji, fotokimyəvi və s. xəssələrini artırmaq ücün həmin molekulları qeyri-kovalent rabitə donor və ya akseptor saytlarla dizayn etməkdən ibarət olduğunu diqqətə çatdırıb. Məlum olub ki, dünyada bu elmi istiqamət aktual hesab olunur və kristal mühəndisliyi adı ilə tanınır. Ezamiyyət müddətində məruzəçi tərəfindən Clarivate Analytics agentliyinin siyahısına daxil olan yüksək impakt faktorlu jurnallarda 2 icmal, 1 kitab fəsli, 36 məqalə və 19 tezis nəşr olunub.

Məruzələr dinlənildikdən sonra alınan mühüm elmi nəticələr geniş şəkildə müzakirə olunub, mövzu ətrafında çıxışlara yer verilib, fikir və təkliflər dinlənilib. Daha sonra ezamiyyət dövründə Kamran Mahmudov və Ataş Qurbanov tərəfindən görülmüş işlər bəyənilib, alınan mühüm elmi nəticələrin BDU-nun illik hesabatına daxil edilməsi üçün Elmi Şura qarşısında vəsatət qaldırılması qərara alınıb.


Son xəbərlər

Sağlamlıq haqqında arayış elektron şəkildə veriləcək — TƏBİB

Blinken Çin lideri ilə görüşəcək

Bu şəxslərin təhsil haqlarından azad edilməsi ilə bağlı yaş həddi dəyişdirilə bilər

"Azərbaycan Prezidentinin aparatı ilə əlaqə davam edir" - Paşinyanın ofisi

Əlilliyi olan şəxslərlə bağlı ayrıca hesabat hazırlansın - TƏKLİF

Bu gün Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırır

Nazirlərin və komitə sədrlərinin qəbul günləri - CƏDVƏL

Daşqınlar insan təlafatına səbəb olub

İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə hücum edib

Bu şəhərə bir günlük gələnlər pul ödəyəcəklər

Füzuliyə növbəti köç karvanı yola düşdü

Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar

Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...

Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət - VİDEO // FOTO

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi

ABŞ qoşunlarını Nigeriyadan çıxarır - Müzakirə başlayır

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Ayaq üstə işləmək faydalıdır?

"Biz heç nə etmədikdə qorxduğumuz baş verir" - Paşinyan

Elmira Süleymanova vəfat etdi

"Sudan sərvət çıxaran" məmurlar - VİDEO

Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar

Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundu

Rusiya niyə nüvə silahının kosmosda yayılmamasına veto qoyur? - Ağ Evdən reaksiya

Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi

Şuşada 450 mənzilli kompleks tikilir - VİDEO

Azərbaycan və Qırğızıstan diasporları əməkdaşlıq edəcək

Nazir direktoru işdən çıxardı

Bütün xəbərlər