Gündəm

Azərbaycanlı nazirin atası 50 ildir eyni vəzifədə işləyirmiş — Həm də 95 yaşında
 
 
 
 
 
 
 

 
 
 
 
 
 

Azərbaycanlı bir çox məmurlar kifayət qədər tanınmış ailələrin üzvləridir. 


MUMTV.az-ın verdiyi xəbərə görə, məsələn, Mədəniyyət naziri Əbülfəs Qarayevin atası uzun illər Azərbaycan SSR Səhiyyə Nazirliyinin baş cərrahı işləmiş, mərhum professor Mürsəl Qarayevdir. 55 yaşında ürək tutmasından dünyasını dəyişən M.Qarayev görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevin qardaşıdır. 


Yaxud, Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev tanınmış şair-bəstəkar İzolda Babayevanın oğludur. İzolda Babayeva onlarla məşhur mahnının müəllifidir. Onun mahnılarını xalq artistləri Şövkət Ələkbərova, İlhamə Quliyeva, Almaz Ələsgərli, Fidan Hacıyeva və digər sənətçilər ifa edib. O, bəstələdiyi mahnıların həm də sözlərini yazırdı. 


Xarici İşlər naziri Elmar Məmmədyarovun atası isə kimya elmləri doktoru, AMEA-nın həqiqi üzvü (2001), əməkdar elm xadimidir (2009) Məhərrəm Məmmədyarov. 17 oktyabr 1924-cü ildə Azərbaycan SSR Naxçıvan MSSR Culfa rayonu Yaycı kəndində anadan olan M.Məmməduyarov II Dünya müharibəsində iştirak etdikdən sonra 1949-cu ildə Azərbaycan Dövlət Universitetini, 1953-cü ildə isə Leninqrad Texniki Universitetinin aspiranturasını bitirib. 

1980-ci ildə Naxçıvan termal məmbələrinin karbon gazının sənayədə istifadə texnologiyasının işlənib hazırladığına görə Azərbaycan Respublikasının Dövlət mükafatına layiq görülüb. 


Ata Məmmədyarov 250-dən çox çap olunmuş elmi işlərin, 39 patent və müəlliflik şəhadətnəmələrinin, 3 monografiyanın, müəllifidir. Onun rəhbərliyi altında 14 elmlər namizədi və 3 elmlər doktoru hazırlanıb.


Ən maraqlısı isə 95 yaşlı M.Məmmədyarovun 50 ildir eyni vəzifədə çalışmasıdır. Belə ki, o, 1969-cu ildən Y. H. Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda sintetik yağların sintez və texnologiyaları laboratoriyasının rəhbəri işləyir.../Demokrat.az


Son xəbərlər

Sağlamlıq haqqında arayış elektron şəkildə veriləcək — TƏBİB

Blinken Çin lideri ilə görüşəcək

Bu şəxslərin təhsil haqlarından azad edilməsi ilə bağlı yaş həddi dəyişdirilə bilər

"Azərbaycan Prezidentinin aparatı ilə əlaqə davam edir" - Paşinyanın ofisi

Əlilliyi olan şəxslərlə bağlı ayrıca hesabat hazırlansın - TƏKLİF

Bu gün Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırır

Nazirlərin və komitə sədrlərinin qəbul günləri - CƏDVƏL

Daşqınlar insan təlafatına səbəb olub

İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə hücum edib

Bu şəhərə bir günlük gələnlər pul ödəyəcəklər

Füzuliyə növbəti köç karvanı yola düşdü

Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar

Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...

Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət - VİDEO // FOTO

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi

ABŞ qoşunlarını Nigeriyadan çıxarır - Müzakirə başlayır

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Ayaq üstə işləmək faydalıdır?

"Biz heç nə etmədikdə qorxduğumuz baş verir" - Paşinyan

Elmira Süleymanova vəfat etdi

"Sudan sərvət çıxaran" məmurlar - VİDEO

Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar

Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundu

Rusiya niyə nüvə silahının kosmosda yayılmamasına veto qoyur? - Ağ Evdən reaksiya

Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi

Şuşada 450 mənzilli kompleks tikilir - VİDEO

Azərbaycan və Qırğızıstan diasporları əməkdaşlıq edəcək

Nazir direktoru işdən çıxardı

Bütün xəbərlər