Sosial
Tağıyevin heykəli martda qoyulmalı idi, ancaq... - Açıqlama
Xeyriyyəçi, ictimai xadim Hacı Zeynalabdin Tağıyevin heykəlinin mart ayında ucaldılması planlaşdırılsa da, müəyyən səbəblərə görə təxirə salındı.
Mumtv.az bildirir ki,bunu Kult.az-a açıqlamasında H.Z.Tağıyevin heykəlinin müəllifi, xalq rəssamı Xanlar Əhmədov deyib. O bildirib ki, Hacı Zeynalabdin Tağıyevin heykəli artıq 1 ildir hazırdır:
"Mart ayında onun "İçərişəhər" metrostansiyası yaxınlığındakı meydançada (İstiqlaliyyət küçəsi) ucaldılacağı planlaşdırılsa da, bu, koronavirus səbəbindən, sonra isə müharibə ilə əlaqədar təxirə salındı.
Heykəl tam hazırdır. Hələlik aidiyyəti qurumlar tərəfindən dəqiq tarix deyilməyib. Nə vaxt onlar bununla bağlı tapşırıq versə, bir həftə ərzində işlər tamamlanacaq. Mənim üzərimə düşən iş isə çoxdan hazırdır”.
Qeyd edək ki, ötən il martın 11-də Prezident İlham Əliyev Hacı Zeynalabdin Tağıyevin abidəsinin ucaldılması haqqında sərəncam imzalayıb.