Sosial

Sərnişinlərin nəzərinə: İlin sonunadək Bakıda bütün avtobuslar...
 
 
 
 
 
 
 
 
 
 
 

 
 
 
 
 
İlin sonunadək Bakıda bütün avtobus marşrutlarının kart sisteminə keçidi təmin olunacaq.

"MUMTV.az” xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev deyib. 

Onun sözlərinə görə, hazırda paytaxt ərazisində müntəzəm marşrut xətlərində istifadə olunan 503 avtobusda gediş haqqı kart sistemi ilə qəbul olunur, qalan böyük əksəriyyətində isə kart sistemi yoxdur.

"Bu prosesi gecikdirən əsas səbəblərdən biri avtobusların yenilənməsidir. Yəni, texniki baxımından yararsız olan avtobuslarda kart sisteminin tətbiqinin anlamı yoxdur. Lakin dövlət tərəfindən bu sahədə çalışan sahibkarlar üçün yaradılan şəffaf idarəetmə sistemi və əlverişli biznes mühitinin verdiyi imkanlar, daşıyıcılar tərəfindən yeni avtobusların gətirilməsinə maraq yaranıb. Bu imkanlardan istifadə edən daşıyıcılar tərəfindən təxminən 200-ə yaxın yeni nəqliyyat vasitəsi gətirilərək müxtəlif xətlər üzrə istismara verilib. Bunların sırasına 39, 81, 160, 64, 133, 202 və digər nömrəli marşrut xətlərini qeyd etmək olar ki, onlarda yeniləmə işləri aparılıb”, - deyə M. Ağayev qeyd edib.

Agentliyin sözçüsü əlavə edib ki, hazırda dövlət tərəfindən də avtobus parkının yenilənməsi üzrə işlər aparılır və bu işlər çərçivəsində paytaxta yeni 300 avtobus gətiriləcək: 

"Onlardan təxminən 210-u artıq Bakıdadır. Digərlərin də gətirilməsi üçün plana uyğun olaraq işlər aparılır. Proses tam olaraq noyabr ayında yekunlaşacaq. Ümumiyyətlə, bu avtobusların xətlərə buraxılması və kart sisteminə tam keçid bu ilin sonuna yekunlaşacaq”, - deyə M. Ağayev əlavə edib\Yenisabah


Son xəbərlər

Əlilliyi olan şəxslərlə bağlı ayrıca hesabat hazırlansın - TƏKLİF

Bu gün Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırır

Nazirlərin və komitə sədrlərinin qəbul günləri - CƏDVƏL

Daşqınlar insan təlafatına səbəb olub

İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə hücum edib

Bu şəhərə bir günlük gələnlər pul ödəyəcəklər

Füzuliyə növbəti köç karvanı yola düşdü

Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar

Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...

Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət - VİDEO // FOTO

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi

ABŞ qoşunlarını Nigeriyadan çıxarır - Müzakirə başlayır

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Ayaq üstə işləmək faydalıdır?

"Biz heç nə etmədikdə qorxduğumuz baş verir" - Paşinyan

Elmira Süleymanova vəfat etdi

"Sudan sərvət çıxaran" məmurlar - VİDEO

Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar

Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundu

Rusiya niyə nüvə silahının kosmosda yayılmamasına veto qoyur? - Ağ Evdən reaksiya

Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi

Şuşada 450 mənzilli kompleks tikilir - VİDEO

Azərbaycan və Qırğızıstan diasporları əməkdaşlıq edəcək

Nazir direktoru işdən çıxardı

Azərbaycan nefti cüzi bahalaşıb

Bitki apokalipsisi: Bakteriya ağacları və məhsulları məhv edir

İmişlidə İcra başçısı qəbula gələn kənd sakinlərini “dama soxdurub” - RƏZALƏT

İcra Hakimiyyəti sabiq nazirdən 133 minə “BMW 520i” alır – Bazardakı qiymətdən 17,5 min bahadır

Bütün xəbərlər