mumtv.az
mumtv.az

Tian Sue Jun: Çin Dünya İrs Komitəsinin 44-cü sessiyasında Azərbaycanın təcrübəsindən yararlanmaq niyyətindədir

Tian Sue Jun: Çin Dünya İrs Komitəsinin 44-cü sessiyasında Azərbaycanın təcrübəsindən yararlanmaq niyyətindədir
9-07-2019, 15:53 84 dəfə baxılıb

Tian Sue Jun: Çin Dünya İrs Komitəsinin 44-cü sessiyasında Azərbaycanın təcrübəsindən yararlanmaq niyyətindədir






















AR Mədəniyyət Nazirliyindən MUMTV.az-a verilən məlumata görə, Azərbaycan bu cür beynəlxalq miqyaslı tədbirlərin keçirilməsi ilə bağlı böyük təcrübəyə malikdir. Sessiya müddətində biz bunun bir daha şahidi olduq. Çində keçiriləcək Dünya İrs Komitəsinin 44-cü sessiyasında ölkənizin bu təcrübəsindən yararlanmaq niyyətindəyik.

Bu sözləri Çinin təhsil nazirinin müavini, bu ölkənin UNESKO üzrə Milli Komissiyasının rəhbər Tian Sue Jun söyləyib.

UNESKO-nun Ümumdünya İrs Komitəsinin növbəti sessiyasına ölkəsinin sədrlik edəcəyini söyləyən Tian Sue Jun deyib: “Azərbaycan hökumətinə, xüsusən də Mədəniyyət Nazirliyinə bu tədbirə yüksək səviyyədə ev sahibliyi etdiyinə görə təşəkkür edirəm. Eləcə də ölkənizin Şəki ilə bağlı nominasiyasının Dünya İrs Siyahısına salınması münasibətilə xalqınızı təbrik edirəm. Bu, ölkənizin böyük uğurudur, tarixi mədəni irs nümunələrinizin təbliği və tanıdılması baxımından əhəmiyyətlidir”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA