Gündəm

Sənəd Qəbulu Komissiyalarının ünvanları açıqlandı
Dövlət İmtahan Mərkəzi Sənəd Qəbulu Komissiyaları və "Abituriyent məsləhət Mərkəzləri”nin ünvanlarını açıqlayıb.

Mərkəzdən "Report"a verilən məlumata görə, ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu mayın 26-dan başlayıb və iyunun 8-dək internet vasitəsilə aparılır.

Ərizənin təsdiqi DİM-in informasiya sistemlərində abituriyent barədə olan məlu­matların yetərli olub-olmamasından asılı olaraq iki üsulla həyata keçirilir (ərizənin hansı üsulla təsdiq ediləcəyi barədə məlumat proqram tərəfindən "Abituriyentin elektron ərizəsi” forması təsdiq edilənədək ərizəyə hər dəfə daxil olarkən ekranda göstərilir).

Abituriyentlərin böyük əksəriyyəti ərizələrini özləri təsdiq edirlər. Elektron ərizələrini Sənəd Qəbulu Komissiyalarında (SQK) təsdiq etdirməli olan abituriyentlər onu doldurduqdan sonra tələb olunan sənədləri şəxsən təqdim etməklə ərizələrini aşağıdakı SQK-ların birində təsdiq etdirirlər. SQK-lar hər gün (şənbə, bazar günləri istisna olmaqla) saat 10-dan 17-dək fəaliyyət göstərirlər:

DİM-in Bakı şəhərində yerləşən inzibati binaları:

- Bakı ş, Nəsimi r, Abdulvahab Salamzadə küç., 28;

- Bakı ş, Nərimanov r, Koroğlu Rəhimov küç., 108A;

- Bakı ş, Yasamal r, Mikayıl Müşfiq küç., 1M.

Dövlət İmtahan Mərkəzinin regional bölmələrində yerləşən SQK-ların ünvanları ilə isə burada tanış ola bilərsiniz.

Elektron ərizəsini özü təsdiq edə bilən, lakin qaydalarla bağlı məsləhətləşmək, həmçinin texniki dəstək almaq istəyən abituriyentlər Dövlət İmtahan Mərkəzi tərəfindən aşağıdakı ali təhsil müəssisələrində yaradılan "Abituriyent məsləhət mərkəzləri”nə müraciət edə bilərlər.

"Məsləhət mərkəzləri”ndə xüsusi treninq keçmiş əməkdaşlar abituriyentlərə tələbə qəbulu qaydaları, ali və orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu, "Abituriyentin elektron ərizəsi”nin doldurulma və təsdiq edilmə qaydası, müsabiqə şərtləri və s. haqqında ödənişsiz kömək göstərirlər.

Abituriyentlər onları maraqlandıran suallarla bağlı "Abituriyent Məsləhət Mərkəzi”nə müraciət edə bilərlər.

"Abituriyent Məsləhət Mərkəzləri” aşağıdakı ünvanlarda həftənin 5 günü (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 10.00-dan 17.00-dək fəaliyyət göstərirlər.

Azərbaycan Universiteti

Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Hacıbəyli küç, 71.

Telefon: +994 12 431 41 17;

Whatsapp nömrə: +994 55 220 40 58.

Bakı Biznes Universiteti

Ünvan: Bakı şəhəri, Yasamal rayonu, H. Zərdabi küç, 88a.

Telefon: +994 12 431 79 51 (daxili nömrə: 226)

Whatsapp nömrə: +994 51 502 00 05

Qərbi Kaspi Universiteti

Ünvan: Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küç, 27.

Telefon:+994 12 492 61 63;

Odlar Yurdu Universiteti

Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Koroğlu Rəhimov küç. 13.

Telefon: +994 12 465 85 27;

Son xəbərlər

Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar

Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...

Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət - VİDEO // FOTO

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi

ABŞ qoşunlarını Nigeriyadan çıxarır - Müzakirə başlayır

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Ayaq üstə işləmək faydalıdır?

"Biz heç nə etmədikdə qorxduğumuz baş verir" - Paşinyan

Elmira Süleymanova vəfat etdi

"Sudan sərvət çıxaran" məmurlar - VİDEO

Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar

Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundu

Rusiya niyə nüvə silahının kosmosda yayılmamasına veto qoyur? - Ağ Evdən reaksiya

Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi

Şuşada 450 mənzilli kompleks tikilir - VİDEO

Azərbaycan və Qırğızıstan diasporları əməkdaşlıq edəcək

Nazir direktoru işdən çıxardı

Azərbaycan nefti cüzi bahalaşıb

Bitki apokalipsisi: Bakteriya ağacları və məhsulları məhv edir

İmişlidə İcra başçısı qəbula gələn kənd sakinlərini “dama soxdurub” - RƏZALƏT

İcra Hakimiyyəti sabiq nazirdən 133 minə “BMW 520i” alır – Bazardakı qiymətdən 17,5 min bahadır

Beş ayda 67 milyon manat dövlət sifarişi verilmiş müəmmalı MMC-nin arxasında kimlər durur?

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

"Putin" filmi böyük reaksiyalara səbəb olub

"Paşinyan üzərinə götürdüyü öhdəliyi pozur" - Elçin Əmirbəyov

Xadimə direktoru niyə bıçaqlayıb? - "Dedilər məktəbdə açıq-saçıq geyinmisən..."

Bakı Sağlamlıq Mərkəzində maşınqayırma texnikumunu bitirən şəxs anju edir? - İDDİA // VİDEO

“AzerGold” QSC-də keniyalı iş adamları ilə görüş keçirilib - FOTO

Bütün xəbərlər