Gündəm

Modelyer şou-biznes əhlini ağ yudu, qara sərdi
"Geyim insanın xarici görünüşünün, ağıl isə onun daxili aləminin açarıdır" deyirlər. Bəs görəsən, hər zaman bahalı geyimləri və aksessuarları ilə öyünən şou əhli arasında ən zövqlü və ən dəbli geyinən kimdir? Və ya əksinə, bahalı brend geyimlər geyindiyi halda, gülünc vəziyyətə düşənlər kimlərdir? Bütün bunları mütəxəssilə araşdırmaq qərarına gəldik. Modelyer Şəlalə Maqsudovanın Sputnik Azərbaycan-a dediyinə görə, səhnəmizdə xeyli qadın və kişi müğənni var ki, onlar bahalı geyinirlər, amma geyindikləri geyim zövqsüzdür: "Əksər müğənnilərin geyimləri bahalı və olduqca gülüncdür. Əksəriyyəti heç bilmir hansı geyimi harada geyinmək lazımdır. Çox təəssüf ki, səhnəmizdə çox az, barmaqla sayılacaq qədər zövqlü müğənni var".

Modelyer dəbli geyinən kişi və qadın müğənnilərin adlarını açıqlayıb:

"Günay İbrahimli, Nura Suri, Röya, Aygün Kazımova, Sevda Yəhyayeva və Zülfiyyə Xanbabayeva səhnəmizin ən dəbli müğənnisi hesab olunurlar. Kişi müğənniləri arasında qadın müğənnilərdən zövqlü geyinənlər daha çoxdur. Məsələn, Zamiq Hüseynov, Rəhim Rəhimli, Əhməd Mustafayev, Çingiz Mustafayev səhnəmizin ən tərzli müğənnilərdir. Faiq Ağayev sənətdə 100% olsa da, geyimləri 100% deyil".
Maqsudova zövqsüz sənətçilərimizin də adını açıqlayıb: "Qadınlar kimi kişi müğənnilərinin də içində getdiyi məkana uyğun geyinməyən müğənnilər var. Bəzən səhər verilişinə gecə geyimində gəlirlər. Hansı ki, o geyimləri ziyafətlərə geyinmək olar. Kişilər də həmişə efirə klassik geyimdə çıxırlar. Bəzən müğənnilər bahalı geyimə, brendə qaçırlar. Amma bahalı geyim heç də tərz demək deyil. Məsələn, elə götürək Şəbnəm Tovuzlunu. Sənəti barədə heç nə deyə bilmərəm. Amma geyimi olduqca zövqsüzdür. Onun geyimi ilə məşğul olan adamlar onu bir növ gülüş hədəfinə çeviriblər. Təranə və Musa də tərz olmayanlar sırasındadırlar. Təranə xanım nə geyinirsə, Musa da ona uyğun geyinir. Bu da olduqca zövqsüz görünür. Manaf Ağayev, Niyaməddin Musayev və xüsusən muğam ifaçıları həmişə klassik geyimlərdədirlər. Bu da gözyorucudur".

"Başqa bir problem də var. Bəzi müğənnilər isə öz bədənlərini tanımırlar, öz geyimlərinə uyğun geyim seçmirlər. Bədən ölçülərinə uyğun gəlməyən geyimlər geyinirlər. Məsələn, Zülfiyə Xanbabayeva geyimlərini o qədər zövqlə seçir ki, onun kilolu olduğu gözə girmir. Bəziləri də bahalı geyimlə yanaşı, bahalı aksesuarlar da taxırlar. Hansı ki, o akseasuarlar o geyimə qətiyyən uyğun gəlmir. Əfsuslar olsun ki, səhnəmizdə gülünc görünən müğənnilər həddindən artıq çoxdur . Göz önündə olan insanlar həmişə geyimlərinə diqqət etməlidirlər. Şərt o deyil ki, bahalı geyinsinlər. Ucuz, amma zövqlü də geyinə bilərlər".
Modelyer əlavə edir ki, bəzən müğənniləri gülünc vəziyyətə salan modelyerlərdir: "Bəzən modelyerlərin özlərinin də dəbdən anlayışı olmur. Ona müraciət edən müğənniləri də gülünc vəziyyətə salırlar. Çalışdığı müğənninin bədən ölçülərini nəzərə almadan bəzən ona elə geyimlər geyindirirlər ki, müğənni gülünc görünür. Bilmirəm, bəlkə də bunu qəsdən edirlər, baxış sayı artsın deyə, ya da onların səriştəsizliyindən irəli gəlir. Bəzi müğənnilər də var ki, onlar, ümumiyyətlə, heç bir mütəxəssilə məsləhətləşmirlər. Ortaya xoş olmayan gülünc mənzərə çıxır".

Səhnəmizin ekstravaqant müğənnisi sayılan Elza Seyidcahanın geyiminə gəldikdə isə modelyer deyib:

"Mən Elza xanımla bir müddət işləmişəm. Bir şeyi vurğulamaq istəyərdim ki, modanın ifrat dərcəsi eybəcərlikdir. Mən qeyri-adi geyimləri sevirəm. Baxır necə hazırlanıb və geyinən şəxsi necə tamamlayır. Ola bilər ki, sən qeyri-adi geyinərsən, gülüş hədəfinə çevrilərsən. Əksinə də ola bilər, sən insanları heyrətləndirə də bilərsən. Elza xanım bəlkə də insanların diqqətini özünə cəlb etmək istəyir. Amma bu, gülüş doğurur. Bu, "fashion" deyil".
Həmsöhbətimizin dediyinə görə, aparıcıların da içində zövqlü və zövqsüzlər var: "Bəzən verilişlərinin formatına uyğun geyinmirlər. Məsələn, Nanə Ağamalıyeva həmişə eyni geyimdə olur. Həmişə toy-ziyafət geyimində efirə çıxır. Mütləq dəyişiklik etməlidir. Tamaşaçının gözü eyniliyi görməkdən yorulub. Vüsalə Əlizadə hərdən dəyişsə də, o da loru dildə desək, toy geyimində efirə çıxır. Məleykə Əsədova gözəl, zərif xanımdır, amma onun da geyimi tərz deyil".

Modelyer tezliklə təbii yaşlılığın, üzdə qırışların dəb olacağına ümid etdiyini bildirib: "Bəzən tanınmışlar bədənlərinə lazımsız müdaxilələr edirlər. Bədənlərinin hansısa hissəsini şişirdirlər. Üzlərində bir çox prosedurlar həyata keçirirlər. Bu, nəinki tərzdir, olduqca gülünc alınır".

Son xəbərlər

Sağlamlıq haqqında arayış elektron şəkildə veriləcək — TƏBİB

Blinken Çin lideri ilə görüşəcək

Bu şəxslərin təhsil haqlarından azad edilməsi ilə bağlı yaş həddi dəyişdirilə bilər

"Azərbaycan Prezidentinin aparatı ilə əlaqə davam edir" - Paşinyanın ofisi

Əlilliyi olan şəxslərlə bağlı ayrıca hesabat hazırlansın - TƏKLİF

Bu gün Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırır

Nazirlərin və komitə sədrlərinin qəbul günləri - CƏDVƏL

Daşqınlar insan təlafatına səbəb olub

İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə hücum edib

Bu şəhərə bir günlük gələnlər pul ödəyəcəklər

Füzuliyə növbəti köç karvanı yola düşdü

Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar

Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...

Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət - VİDEO // FOTO

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi

ABŞ qoşunlarını Nigeriyadan çıxarır - Müzakirə başlayır

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Ayaq üstə işləmək faydalıdır?

"Biz heç nə etmədikdə qorxduğumuz baş verir" - Paşinyan

Elmira Süleymanova vəfat etdi

"Sudan sərvət çıxaran" məmurlar - VİDEO

Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar

Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundu

Rusiya niyə nüvə silahının kosmosda yayılmamasına veto qoyur? - Ağ Evdən reaksiya

Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi

Şuşada 450 mənzilli kompleks tikilir - VİDEO

Azərbaycan və Qırğızıstan diasporları əməkdaşlıq edəcək

Nazir direktoru işdən çıxardı

Bütün xəbərlər