mumtv.az
mumtv.az

Belarus neft məhsullarının Rusiya limanlarına çatdırılmasına başlayıb

Belarus neft məhsullarının Rusiya limanlarına çatdırılmasına başlayıb
6-03-2021, 16:15 38 dəfə baxılıb

Belarus neft məhsullarının Rusiya limanlarına çatdırılmasına başlayıb
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
 
 
 
 

Martın 5-dən etibarən Belarus neft məhsullarının Rusiya limanlarına çatdırılmasına başlanıb.

"APA-Economics”in məlumatına görə, bu barədə Rusiya Nəqliyyat Nazirliyinin açıqlamasında deyilir.

"Mozır NEZ” ASC Ust-Luqa dəniz limanındakı "Portenergo” MMC terminalına 5 min tondan çox Belarus benzini göndərib. Sözügedən məhsul terminala martın 9-da çatdırılacaq. Martın 6-da "Mozır NEZ”dən məhsulların ikinci partiyası göndərilib – 3,6 min ton benzin Sankt-Peterburqdakı dəniz limanında aşırılacaq.

Xatırladaq ki, fevralın 19-da Rusiya və Belarus arasında Belarusun neft məhsullarının Rusiya Federasiyasının dəniz limanları vasitəsilə ixracına dair müqavilə imzalanıb. 2021-2023-cü illərdə 9,8 mln. ton mazut, benzin və yağların Rusiyanın Baltikdəki dəniz limanlarında daşınması həyata keçiriləcək.

 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA