Gündəm

Ermənistan o xəritəni Azərbaycana verəcəkmi?
Xəbər verdiyimiz kimi Azərbaycan Prezidenti İlham Əliyev yerli və xarici jurnalistlər üçün videoformatda keçirdiyi mətbuat konfransında Ermənistan tərəfinin hələ də minalanmış ərazilərin xəritəsini Azərbaycana təqdim etməməsi məsələsinə toxunub.

"Əsas çətinlik minalardır. Çünki erməni tərəfi mina sahələrinin xəritəsini bizə təqdim etmədi və bu, yeri gəlmişkən, cinayət olaraq qiymətləndirilə bilər, çünki hərbi əməliyyatlara son qoyulandan sonra bizdə həm hərbçi, həm də mülki şəxslərdən həlak olanlar olub. Buna səbəb mina sahələrin xəritəsinin təqdim olunmaması olub. Növbəti dəfə erməni tərəfinin davranışlarının qeyri-səmimiliyində əmin oluruq. Sözləri ilə əməlləri düz gəlmir. Biz onlara hərbi əsirləri, ölənlərin meyitlərini təhvil verdik. Biz özümüzü əxlaq normaları, insanlıq davranışları çərçivəsində aparırıq. Mina xəritələrinin bizə verilməməsi hərb qulluqçu və dinc sakinləri şüurlu şəkildə ölümə düçar etməkdir. Hansı əməkdaşlıqdan söhbət gedə bilər ki?”, – deyə dövlət başçısı bildirib.

Ölkə başçısının da vurğuladığı kimi, 44 günlük İkinci Qarabağ müharibəsinin yekunlaşmasına baxmayaraq hələ də şəhid xəbərləri almaqda davam edirik. İşğaldan azad olunan ərazilərdə ermənilərin çoxsaylı mina yerləşdirməsi mülki əhalinin, eləcə də hərbçilərimizin həyatını itirməsi ilə nəticələnir.

Maraqlıdır, belə olan halda Azərbaycan tərəfi Ermənistandan minalanan ərazilərin xəritəsini necə ala bilər?

Məsələ ilə bağlı Sfera.az-a danışan Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin sədri Fərid Şəfiyev bu addımın atılmasının Rusiyaya da uyğun olduğunu bildirib:

"Hesab edirəm ki, danışıqlar prosesində bu məsələ qaldırılmalı və ətraflı müzakirə edilməlidir. Xəritənin təqdim edilməsində təkcə Azərbaycanın yox, həm də Rusiyanın marağı var. Məlum olduğu kimi, Rusiyanın sülhməramlıları da eyni zamanda təhlükə altındadır.

Ermənistan minaya düşərək həyatını itirən şəxslərə görə də məsuliyyət daşıyır. Bunu biz hüquqi qaydada həll edə bilərik".

Qeyd edək ki, Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanan üçtərəfli sazişdən sonra aralarında mülki şəxslər də olmaqla, 15 nəfər azərbaycanlı işğaldan azad olunmuş ərazilərdə minaya düşərək həyatını itirib.

Son xəbərlər

Bu şəxslərin təhsil haqlarından azad edilməsi ilə bağlı yaş həddi dəyişdirilə bilər

"Azərbaycan Prezidentinin aparatı ilə əlaqə davam edir" - Paşinyanın ofisi

Əlilliyi olan şəxslərlə bağlı ayrıca hesabat hazırlansın - TƏKLİF

Bu gün Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırır

Nazirlərin və komitə sədrlərinin qəbul günləri - CƏDVƏL

Daşqınlar insan təlafatına səbəb olub

İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə hücum edib

Bu şəhərə bir günlük gələnlər pul ödəyəcəklər

Füzuliyə növbəti köç karvanı yola düşdü

Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar

Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...

Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət - VİDEO // FOTO

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi

ABŞ qoşunlarını Nigeriyadan çıxarır - Müzakirə başlayır

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Ayaq üstə işləmək faydalıdır?

"Biz heç nə etmədikdə qorxduğumuz baş verir" - Paşinyan

Elmira Süleymanova vəfat etdi

"Sudan sərvət çıxaran" məmurlar - VİDEO

Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar

Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundu

Rusiya niyə nüvə silahının kosmosda yayılmamasına veto qoyur? - Ağ Evdən reaksiya

Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi

Şuşada 450 mənzilli kompleks tikilir - VİDEO

Azərbaycan və Qırğızıstan diasporları əməkdaşlıq edəcək

Nazir direktoru işdən çıxardı

Azərbaycan nefti cüzi bahalaşıb

Bitki apokalipsisi: Bakteriya ağacları və məhsulları məhv edir

Bütün xəbərlər