Gündəm

Təlim ermənilərə siqnaldır:
Azərbaycan və Türkiyə arasında bütün sahələrdə əməkdaşlıq günü-gündən inkişaf edir. Artıq Qars şəhərində keçirilən "Qış təlimi - 2021"də fevralın 1-dən etibarən başlayıb və fevralın 12-dək davam edəcək. Türkiyə Müdafiə Nazirliyinin (MN) "Twitter” səhifəsində hərbi təlimlərlə bağlı yeni görüntülər paylaşılıb. Qarsda keçirilən "Qış təlimi-2021” Türkiyə-Azərbaycan birgə taktiki təlimləri davam etdiyini bildirib. Xatırladaq ki, "Qış təlimi-2021"də Türkiyə Silahlı Qüvvələrinin bölmələri ilə yanaşı, Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları da iştirak edirlər.

İki qardaş ölkənin əlaqələrinin bölgə üçün əhəmiyyətindən danışan hərbi ekspert Ədalət Verdiyev "Sherg.az"a bildirib ki, təlimlər ən sərt şəraitdə qoşunların silah və döyüş qabiliyyətlərini sınaqdan keçirmək üçün real imkan yaradacaq:

"Təlimin keçiriləcəyi Qars rayonun ərazisi, Qarabağın şimalındakı işğaldan azad edilən rayonları və Naxçıvanın dağlıq əraziləri ilə oxşar olduğundandan, bu təlimlər Azərbaycan Ordusu üçün mühüm əhəmiyyətə kəsb edir.

Bu təlimlərin keçirilməsinin digər bir mənəvi əhəmiyyəti də mövcuddur. Bilirik ki, 106 il əvvəl bu gün keçirilən təlim zonasına yaxında yerləşən Sarıqamış hərəkatında 90 min türk, 1993-cü ilin sonu- 1994-cü ilin əvvəllərində isə cəmi 50 gün əvvəl erməni taptağından azad edilən Kəlbəcərdə yüzlərlə Azərbaycan Əsgəri şəhid oldu.

Onların çoxu məhz soyuq iqlim şəraitində donvurma səbəbindən həyatları ilə vidalaşmalı olmuşdu. Keçirilən təlim isə baş verən ağrılı acılı hadisələri və qəhrəman şəhidlərimizi unutmadığımızı, tariximizin acı dərslərindən zəruri nəticələr çıxardığımızı da göstərir. Əslində bu təlim böyük türk millətinin, qəhrəman türk əsgərinin şəhidlərimiz qarşısında bir vəfa borcudur".

Ə. Verdiyev diqqətə çatdırıb ki, Qarabağda Qələbə əldə edilsə də, hələlik Qarabağın mərkəzi rayonlarından silahlı ermənilər çıxarılmayıb. Erməni revanşistlər tərəfindən səslənən absurd bəyanatların ardı - arası kəsilmir. Erməni terrorçuların Hadrut və Xocavənd istiqamətində xain hücumlarına son verilməyib. Münaqişə tərəfləri arasında sülh müqaviləsi imzalanmayıb:

" Döyüş əməliyyatlarının aktiv fazası müəyyən mənada bitmiş hesab edilsə də, münaqişə fərqli formatda davam etməkdədir. Belə bir vəziyyətdə Azərbaycanın real döyüş əməliyyatlar teatrında, həm də Türkiyə Silahlı Qüvvələri ilə birlikdə bu təlimlərdə iştirak etməsi mühüm hərbi-siyasi əhəmiyyət daşıyır.

Bu ilk növbədə Qarabağda iştirakını artırmağa meyilli olan sülhməramlılara verilən bir ismarıcdır. İkincisi, bu təlimlər düşmən ordusunun maksimum komplektləşdirilməsi zamanı ilk əks hücum zərbəsindən sonra 20 km enində yarılan cəbhəni unudan erməni revanşistlərə "Dəmir Yumruğun” istənilən coğrafi ərazidə, istənilən iqlimdə, gecə və gündüzün istənilən anında döyüşə hazır, həm də düşmənin çox yaxınlığında olduğu barədə son xəbərdarlıq etməyə imkan verir".

Hərbi ekspert sonda vurğulayıb ki, təlimlərdə xüsusi təyinatlıların müxtəlif üsullarla, o cümlədən hava yolu ilə düşmən arxasına çıxarılması öyrənilir:

Tbundan başqa , terror ocaqlarının məhv edilməsi, vacib obyektləri (əraziləri) əsas qüvvələrin gəlməsinə qədər əldə saxlanılması, düşmən ehtiyatlarının döyüşə daxil edilməsinin qarşısının alınması məqsədilə artilleriya atəşinin tənzimlənməsi kimi fəaliyyətlər fərqli ssenarilər üzərində məşq ediləcək.

Bu isə Azərbaycan və Türkiyə ilə Qarabağda rəqabət aparmaq istəyən qüvvələrə, xüsusən də Ermənistandakı döyüş zamanı kolda-kosda gizlənən revanşistlərə verilə biləcək ən təsirli siqnal olacaq”.

Son xəbərlər

Sağlamlıq haqqında arayış elektron şəkildə veriləcək — TƏBİB

Blinken Çin lideri ilə görüşəcək

Bu şəxslərin təhsil haqlarından azad edilməsi ilə bağlı yaş həddi dəyişdirilə bilər

"Azərbaycan Prezidentinin aparatı ilə əlaqə davam edir" - Paşinyanın ofisi

Əlilliyi olan şəxslərlə bağlı ayrıca hesabat hazırlansın - TƏKLİF

Bu gün Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırır

Nazirlərin və komitə sədrlərinin qəbul günləri - CƏDVƏL

Daşqınlar insan təlafatına səbəb olub

İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə hücum edib

Bu şəhərə bir günlük gələnlər pul ödəyəcəklər

Füzuliyə növbəti köç karvanı yola düşdü

Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar

Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...

Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət - VİDEO // FOTO

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi

ABŞ qoşunlarını Nigeriyadan çıxarır - Müzakirə başlayır

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Ayaq üstə işləmək faydalıdır?

"Biz heç nə etmədikdə qorxduğumuz baş verir" - Paşinyan

Elmira Süleymanova vəfat etdi

"Sudan sərvət çıxaran" məmurlar - VİDEO

Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar

Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundu

Rusiya niyə nüvə silahının kosmosda yayılmamasına veto qoyur? - Ağ Evdən reaksiya

Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi

Şuşada 450 mənzilli kompleks tikilir - VİDEO

Azərbaycan və Qırğızıstan diasporları əməkdaşlıq edəcək

Nazir direktoru işdən çıxardı

Bütün xəbərlər