Cəmiyyət
Cəmiyyət
Türkiyə generalları bu gün Bakıya gəlir
Avqustun 12-də Türkiyə Respublikasının Milli Müdafiə naziri cənab Hulusi Akar, Baş Qərargah rəisi ordu generalı Yaşar Güler, qoşun növü komandanları və digər yüksək rütbəli zabitlər Azərbaycana səfərə gəlir.
Mumtv.az Müdafiə Nazirliyindən Axar.az-a verilən məlumata əsasən bildirir ki, Türkiyənin geniş tərkibdə hərbi nümayəndə heyəti Azərbaycan-Türkiyə quru qoşunları və hərbi hava qüvvələrinin birgə döyüş atışlı taktiki və taktiki-uçuş təlimlərinin Yüksək Səviyyəli Müşahidəçi günü çərçivəsində təlimlərin birinci mərhələsinin son epizodunu izləyəcək.