Gündəm

Dövlət müəssisəsində baş vermiş qanuna zidd əmələ nə üçün münasibət bildirilmədi?-FOTO





 
 
 
 


Azərbaycan ordusu qəsbkar,terrorist və vandallıqları ilə dünyada "məşhur" olan erməni ordusuna elə bir dərs verdi ki,bugün də təsirindən ayıla bilmirlər. Danılmazdır ki,xalq adına layiq olmayan erməni "ulaq" yığınını idarə edən bir sıra dövlətlər var ki,insanlıq əlehinə olan bir təşkilatı maliyyələşdirməklə yanaşı himayə də edirlər. Bütün bunlara baxmayaraq Azərbaycan dövlətinin Ali Baş Komandanı,müdrik siyasətçi və yenilməz sərkərdə cənab İlham Əliyev beynəlxalq hüquq normalarına əsasən siyasi,diplomatik və hərbi yolla əldə etdiyi şanlı zəfərə imza atmışdır. Təbii ki,bu qələbə həm ölkəmizdə,həm də dünyanın bir çox dövlətlərində böyük coşqu və sevinclə qeyd olunmuşdur. Bəli, açıq etiraf edirik ki,dövlətimizin əldə etdiyi uğur və nəaliyyətlərə hamı kimi biz də çox sevinirik.

Amma çox əfsuslar olsun ki,bəzi dövlət qurumları var ki,şəxsi mənafeyi naminə bəzi qanunsuz işləri çəkinmədən həyata keçirirlər. Belə olduğu təqdirdə isə, əldə olunan nəaliyyətlərə müxtəlif formada xələl gətirilir.  Əlbəttə ki,belə qurumlar zaman-zaman ifşa olunub və qanun qarşısında  hesab veriblər. Dəyərli "DogruXeber.az” informasiya agentliyinin izləyiciləri, bu gün diqqətinizə çatdıracağımız mühim bir məsələ var ki,bizi çox narahat edir və bunun üçün də belə bir qərara gəldik ki,sizlərlə bölüşək. Belə ki,bir neçə gün öncə redaksiyamıza Sumqayıt Regional Qeydiyyat İmtahan və Texniki Baxış şöbəsindən maraqlı bir videomaterial daxil olmuşdur. Məlumatın ciddiliyi bizi özünə çox cəlb etdi və kütləvi informasiya haqqında qanunun 8-ci maddəsini rəhbər tutaraq,sözügedən müəssisəyə 28.10.2020-ci il tarixdə rəsmi sorğu göndərdi.

Üzərindən bir neçə gün keçdikdən sonra Sumqayıt Şəhər Prokurorluğundan əlaqə nömrəmizə zəng gəldi. Dəstəyi qaldırdıqda özünü Sumqayıt Şəhər Prokurorluğunun müstəntiqi kimi təqdim edən Elviz adlı şəxs,Sumqayıt Regional Qeydiyyat İmtahan və Texniki Baxış şöbəsinə ünvanladığımız müraciətlə bağlı Sumqayıt Prokurorluğuna gəlməyimiz və izahat verməyimizi bildirdi. Doğrusu, bu məsələ bizə çox təəccüblü gəldiyi üçün,rəsmi bildirişə ehtiyac duymadan getməyi qərara aldıq. Ertəsi gün səhər saatlarında Elviz müəllimin yanında olduq və məsələ ilə bağlı müəyyən qədər söhbət etdikdən sonra,izahat yazıb qurumu tərk etdik.

Bir məsələni də diqqətinizə çatdıraq ki,28.10.2020-ci il tarixindən  Sumqayıt Regional Qeydiyyat İmtahan və Texniki Baxış şöbəsinə bildirişli ünvanladığımız sorğunun 12.11.2020-cil il tarixində cavabını deyil,sadəcə bildirişini almışıq. Bu günə qədər sözügedən qurum məsələ ilə bağlı müraciətimizə cavab  verməyib. Məsələnin maraqlı olan tərəfi burasıdır ki, Sumqayıt Regional Qeydiyyat İmtahan və Texniki Baxış şöbəsinə ünvanladığımız müraciəti Sumqayıt Prokurorluğuna göndərməkdə məqsədləri,şöbədə qeydə alınmış kadrın kim tərəfindən həyata keçirilməsi olmuşdur. Bu isə gülüş doğuran bir məsələdir. Təəccüblüsü budur ki,dövlət müəssəsində qanuna zidd əməllərlə məşğul olan dövlət görəvçiləri onların çirkin əməllərini qeydə alanları axtarır. Atalar yaxşı demiş "öz gözündə tiri görməyən özgə gözündə tük axtarır”  Nəzərinizə çatdıraq ki,tərəfimizdən bütün aidiyyatı qurumlara rəsmi sorğular hazırlamışıq. Və qısa müddət ərzində mərhələli şəkildə  ünvanlara göndərilməsi təmin ediləcəkdir.

"DogruXeber.az”

Redaksiya hər bir halda qarşı tərəfin söz haqqını tanıyır:
Dövlət müəssisəsində baş vermiş qanuna zidd əmələ nə üçün münasibət bildirilmədi?-FOTO

Son xəbərlər

Sağlamlıq haqqında arayış elektron şəkildə veriləcək — TƏBİB

Blinken Çin lideri ilə görüşəcək

Bu şəxslərin təhsil haqlarından azad edilməsi ilə bağlı yaş həddi dəyişdirilə bilər

"Azərbaycan Prezidentinin aparatı ilə əlaqə davam edir" - Paşinyanın ofisi

Əlilliyi olan şəxslərlə bağlı ayrıca hesabat hazırlansın - TƏKLİF

Bu gün Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırır

Nazirlərin və komitə sədrlərinin qəbul günləri - CƏDVƏL

Daşqınlar insan təlafatına səbəb olub

İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə hücum edib

Bu şəhərə bir günlük gələnlər pul ödəyəcəklər

Füzuliyə növbəti köç karvanı yola düşdü

Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar

Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...

Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət - VİDEO // FOTO

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi

ABŞ qoşunlarını Nigeriyadan çıxarır - Müzakirə başlayır

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Ayaq üstə işləmək faydalıdır?

"Biz heç nə etmədikdə qorxduğumuz baş verir" - Paşinyan

Elmira Süleymanova vəfat etdi

"Sudan sərvət çıxaran" məmurlar - VİDEO

Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar

Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundu

Rusiya niyə nüvə silahının kosmosda yayılmamasına veto qoyur? - Ağ Evdən reaksiya

Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi

Şuşada 450 mənzilli kompleks tikilir - VİDEO

Azərbaycan və Qırğızıstan diasporları əməkdaşlıq edəcək

Nazir direktoru işdən çıxardı

Bütün xəbərlər