Gündəm

Rusiya Müdafiə naziri Sergey Şoyqu Bakıya Müdafiə naziri Zakir Həsənovun dəvəti ilə gəlir.

Mumtv.az bildirir ki,bu sözləri Axar.az-a ehtiyatda olan polkovnik Şair Ramaldanov Rusiya Federasiyasının Müdafiə naziri Sergey Şoyqunun Bakıya səfərini şərh edərkən deyib.

Ş.Ramaldanov bildirib ki, S.Şoyqunun "Beynəlxalq Ordu Oyunları-2020” yarışları çərçivəsində keçiriləcək "Dəniz Kuboku”un açılışı ilə bağlı Bakıya gələcəyi gözlənilən idi:

"Bildiyiniz kimi, "Dəniz Kuboku” Rusiya Federasiyasında keçirilən Beynəlxalq Ordu Oyunlarının tərkib hissəsidir. Rusiya bizim şimal qonşumuzdur. Bundan əlavə, ölkələrarası yüksək səviyyəli münasibətlər mövcuddur. Yəni belə səfərlər daim olub, bundan sonra da olacaq”.

Polkovnikin sözlərinə görə, səfər çərçivəsində iki ölkənin müdafiə nazirlərinin aydınlaşdırmalı olduğu bir sıra məsələlər var:

"Sergey Şoyqunun Bakıya səfəri heç də tam mənasında işgüzar mahiyyət daşımır. Faktiki olaraq rəsmi Moskva Cənubi Qafqazda baş verən son proseslərdən (ermənilərin Tovuz təxribatı nəzərdə tutulur – red.) ciddi narahatlıq keçirir.

Düşünürəm, Sergey Şoyqu ilə Zakir Həsənov arasında bir sıra məslələr ətrafında danışıqlar aparılacaq.

Birincisi, Tovuz hadisələri zamanı Ermənistanın təmas xəttində təxribatçı əməlləri ətrafında geniş fikir mübadiləsi olacaq. Çünki bu məsələ heç olmadığı qədər aktualdır. Rusiya başa düşür ki, Azərbaycan Ermənistanın Tovuz hadisələri kimi təxribatlarına dözmək niyyətində deyil və hər an ikinci bir Aprel əməliyyatı, həm də daha genişmiqyaslı savaş başlaya bilər.

İkincisi, bir müddət öncə Prezident İlham Əliyev Ermənistan-Azərbaycan sərhədində baş vermiş hərbi toqquşmadan dərhal sonra Rusiyadan Qazaxıstan, Türkmənistan və İran İslam Respublikasının hava məkanından istifadə edərək Ermənistana daşınan hərbi təyinatlı yüklərin həcminin 400 tondan artıq olduğunu Prezident Putinlə müzakirə etmişdi. İstənilən halda bu, rəsmi Moskvanın tərəfsiz mövqeyinə və münaqişənin həlli prosesində vasitəçilik missiyasına ciddi xələl gətirir. Düşünürəm, Şoyqunun Bakı səfəri zamanı bu məsələlər də müzakirə ediləcək”.


Son xəbərlər

Əlilliyi olan şəxslərlə bağlı ayrıca hesabat hazırlansın - TƏKLİF

Bu gün Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırır

Nazirlərin və komitə sədrlərinin qəbul günləri - CƏDVƏL

Daşqınlar insan təlafatına səbəb olub

İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə hücum edib

Bu şəhərə bir günlük gələnlər pul ödəyəcəklər

Füzuliyə növbəti köç karvanı yola düşdü

Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar

Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...

Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət - VİDEO // FOTO

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi

ABŞ qoşunlarını Nigeriyadan çıxarır - Müzakirə başlayır

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Ayaq üstə işləmək faydalıdır?

"Biz heç nə etmədikdə qorxduğumuz baş verir" - Paşinyan

Elmira Süleymanova vəfat etdi

"Sudan sərvət çıxaran" məmurlar - VİDEO

Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar

Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundu

Rusiya niyə nüvə silahının kosmosda yayılmamasına veto qoyur? - Ağ Evdən reaksiya

Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi

Şuşada 450 mənzilli kompleks tikilir - VİDEO

Azərbaycan və Qırğızıstan diasporları əməkdaşlıq edəcək

Nazir direktoru işdən çıxardı

Azərbaycan nefti cüzi bahalaşıb

Bitki apokalipsisi: Bakteriya ağacları və məhsulları məhv edir

İmişlidə İcra başçısı qəbula gələn kənd sakinlərini “dama soxdurub” - RƏZALƏT

İcra Hakimiyyəti sabiq nazirdən 133 minə “BMW 520i” alır – Bazardakı qiymətdən 17,5 min bahadır

Bütün xəbərlər