Gündəm

“ARİF ALIŞANOV NİYƏ CƏZASIZ QALDI?” – “Bəs biz yoxsulları və kimsəsizləri kim müdafiə etməlidir?”
 
 
 
 
 
 
 
 

Qanunsuz əldə edilmiş milyonlar, qanunsuzluğa şərik edilmiş hakimlər, müstənqilər və ayaq altına atılmış ədalət…

"Mən və ailə üzvlərimiz "AzTV” QSC İdarə Heyətinin sabiq sədri Arif Alışanovun törətdiyi qanunsuzluqlar, atamın şərlənərək həbs olunması barədə ölkə rəhbərliyinə etdiyimiz müraciətlər hələ də cavabsız qalır. Hüquq-mühafizə orqanları da ortalıqda olan mənimsəmə, korrupsiya cinayətləri ilə bağlı heç bir araşdırma aparmaq istəmirlər. Bu vəziyyət bizi çox üzür, səhhətində ciddi problemlər olan atamın vəziyyətini daha da ağırlaşdırır”.

1548393014_0001

Bu barədə A.Alışanovun şikayəti əsasında həbs edilərək 16 il müddətinə azadlıqdan məhrum edilmiş Şücayət Əsgərovun qızı Cəmilə Tağıyevanın ölkə rəhbərliyinə, hüquq-mühafizə orqanlarına və ictimaiyyətə növbəti müraciətində bildirilir.

Cəmilə Tağıyeva qeyd edir ki, Arif Alışanovun vəzifədə işlədiyi dövrdə əldə etdiyi dəyəri on milyon manatlarla ölçülən sərvətin mənbəyi araşdırılmalıydı: "Faktlar, Alışanovun istintaqa verdiyi ifadələr ortalıqdadır. Dövlət teleşirkətinə rəhbərlik etmiş, bəlli maaş almış, bizneslə məşğul olması qanunla yasaqlanmış bir məmur qısa müddətdə milyonçuya hansı yollarla çevrilə bilərdi? Bu var-dövlətin mənbəyi prokurorluq orqanlarını niyə təəccübləndirmədi?Atama heç bir sübut olmadan ağır cəza kəsən hakimlərin tükünü niyə tərpətmədi? Bu ölkədə korrupsioner məmurlarla toqquşan sadə vətəndaşı qanunlar niyə müdafiə edə bilmir? Niyə dövləti bütün inzibati orqanları, məhkəmələr haqsızın, pullunun, korrupsionerlərin tərəfində durur?Bu cür hallar cəmiyyətdə dövlətə, onun təsisatlarına, məhkəmə hakimiyyətəinə inamı yerə vurur axı!…”

Cəmilə Tağıyeva müraciətində daha sonra vurğulayır: "Cəmiyyətin gözü qarşısında sübut olunur ki, "Korrupsiyaya qarşı mübarizə haqqında" Qanun işləmir, prokurorluq, üzərinə düşən vəzifəni yerinə yetirmək istəmir. Arif Alışanov və onun başının dəstəsi AzTV-nin büdcəsini talan edib, özlərinə var-dövlət yığıb, vəzəfədən çıxandan sonra isə əldə etdikləri nəhəng sərvəti sağa-sola xərcləyib harın həyat tərzi sürürlər. Bəs biz nə etməliyik? Bəs biz yoxsulları və kimsəsizləri kim müdafiə etməlidir? Axı biz də Azərbaycan Respublikasının tam hüquqlu vətəndaşlarıq!”- deyə C.Tağıyeva qeyd edir”.

hqdefault

Onun sözlərinə görə bu cinayət işinin gedişində elə qanunsuzluqlar baş verib ki, bunun başqa hər hansı bir ölkədə üzə çıxması böyük qalmaqala səbəb olardı:"Atamın həbsindən bir həftə sonra anamın bütün əmlakı müstəntiqin iştirakı ilə polisin təzyiqi altında məcburi qaydada notariusa aparılaraq A.Alışanovun mülkiyyətinə keçirildi. İstintaq yekunlaşmadan, həmin əmlakların ehtimal edilən cinayət yolu ilə əldə edilib-edilməməsini müəyyən etmədən həbsdə olan şəxsin yanına notariusu gətirərək ona və anama məxsus əmlakların A.Alışanovun mülküyyətinə keçirilməsi dəhşətli qanun pozuntusudur.
Konstitusiyanın, CPM-nin 248-ci maddəsinin, CM-nin 99-1-ci maddəsinin və "Fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq siyahısının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 5 iyul tarixli 89 saylı qərarının tələblərinə tam zidd olaraq, qərəzli şəkildə cinayət törətməmiş bir şəxsi 18 il müddətinə azadlıqdan məhrum etməklə kifayətlənməyib, onun, keçmiş arvadının, qızının və yaxın qohumlarının bütün əmlaklarını, hətta qadının gündəlik istifadə etdiyi ziynət əşyalarını, azuqə pullarını belə zərərin ödənilməsinə yönəldiblər.
İstintaq başa çatmadan, məhkəmə hökmü olmadan polisin iştirakı ilə mülkiyyətimizin qəsb olunması, bütün müraciətlərimizin cavabsız qalması dəhşətli haldır. Bu qanunsuzluq davam edə bilməz, dövlət, nəhayət, müdaxilə edib haqq-ədalətin bərpa olunmasını təmin etməlidir.Arif Alışanovun, onun sifarişi ilə hərəkət edən hüquq-mühafizə orqanı əməkdaşları, məhkəmə hakimlərinin cəmiyyətin gözü qarşısında cəzalandırılmasına nail olunmalıdır. Biz haqıszlığın ən pis nümunələrini yaşamış vətəndaşlar kimi, ölkə rəhbərliyindən ümidimizi kəsməmişik. Ümid edirik ki, bu cinayət işi üzrə həqiqətlər tam araşdırılacaq və günahkarlar cəzalandırılacaq”. /AzPolitika/

Son xəbərlər

Sağlamlıq haqqında arayış elektron şəkildə veriləcək — TƏBİB

Blinken Çin lideri ilə görüşəcək

Bu şəxslərin təhsil haqlarından azad edilməsi ilə bağlı yaş həddi dəyişdirilə bilər

"Azərbaycan Prezidentinin aparatı ilə əlaqə davam edir" - Paşinyanın ofisi

Əlilliyi olan şəxslərlə bağlı ayrıca hesabat hazırlansın - TƏKLİF

Bu gün Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırır

Nazirlərin və komitə sədrlərinin qəbul günləri - CƏDVƏL

Daşqınlar insan təlafatına səbəb olub

İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə hücum edib

Bu şəhərə bir günlük gələnlər pul ödəyəcəklər

Füzuliyə növbəti köç karvanı yola düşdü

Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar

Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...

Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət - VİDEO // FOTO

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi

ABŞ qoşunlarını Nigeriyadan çıxarır - Müzakirə başlayır

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Ayaq üstə işləmək faydalıdır?

"Biz heç nə etmədikdə qorxduğumuz baş verir" - Paşinyan

Elmira Süleymanova vəfat etdi

"Sudan sərvət çıxaran" məmurlar - VİDEO

Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar

Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundu

Rusiya niyə nüvə silahının kosmosda yayılmamasına veto qoyur? - Ağ Evdən reaksiya

Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi

Şuşada 450 mənzilli kompleks tikilir - VİDEO

Azərbaycan və Qırğızıstan diasporları əməkdaşlıq edəcək

Nazir direktoru işdən çıxardı

Bütün xəbərlər