Gündəm

Komitə sədrinin şəhid anasına münasibəti



                                                                             








 
 
 
 







                                                                                       MƏNİM DƏYİŞƏN DÜŞÜNCƏLƏRİMİN  MÜƏLLİFİ
     Hər şey  Qaçqın və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinin Sədri Rövşən Rzayevlə  görüşdən sonra dəyişdi.Etiraf edim ki, ona qədər mən bir jurnalist kimi hər şeyə tənqidi nöqteyi nəzərdən yanaşır, öz doğma torpaqlarından, ev-eşiyindən qaçqın və məcburi köçkün düşən zavallı insanlara göstərilən  biganə, soyuq münasibətdən, ədalətsizlikdən,  haqsızlıqdan, ayrı-seçkilikdən ürək ağrısı ilə yazır və bununla yanaşı acı təəssüf hissləri keçirirdim.  Ötən günlərin təəssüratları, onların doğurduğu eybəcərlikləri indi yazmağı özüm üçün yetərli saymasam da amma keçmiş Komitə rəhbərlərinin bu həssas, kövrək, incik insanlarla,  onların qayğıları, problemləri ilə  başdansovdu, laqeyd, etinasız davranması, ikrah doğuran süni yanaşması, sonu görünməyən verilən yalançı vədlər insanlarda qəzəb hissi yaradar, etiraz etməyə, radikal addımlar atmağa, piketlər, mitinqlər keçirməyə yol alardı. Belə haqlı etiraz aksiyalarının keçirilməsinin Qaçqınkomda elə bir ciddi reaksiya doğurmaması taleyin ümidinə buraxılmış bu insanlarda respublika rəhbərliyinə qarşı inamsızlıq yaradır, özlərini arxasız, kimsəsiz, güvənsiz hiss edir, işğal olunmuş torpaqlarımızın azad olunması inamını qırıb cilik- cilik edirdi. Yaxşı yadımdadır, Müşviqabadda qaçqınlar və məcbuiri köçkünlər üçün salınmış şəhərcikdə verilmiş evlərlə bağlı yaranan problemlər  böyük etiraza səbəb olmuş və nəticədə bir neçə saatlıq Bakı- Şamaxı magistral yolu  bağlanmışdır.  Onda mən də bir jurnalist kimi orada idim. İnsanların haqlı tələbinə səs verən yox idi.   Mən işə qarışandan sonra və  bəzi jurnalist həmkarlarımın köməyi ilə  Qaçqınkomun keçmiş sədri  Əli Həsənovun  hadisə yerinə gəlməyinə və problemin həllinə nail olduq. 

     Mən onda bir həqiqəti  başa düşdüm ki, bir nəfər hamının yerinə işləyə bilməz. Cənab Prezident seçib yerləşdirdiyi kadrlara inanır, onlara böyük etimad göstərir, tapşırıqlarını, tövsiyyələrini verir. Nəticədə isə onlar nəfslərinin qurbanına çevrilərək öz şəxsi maraqlarını milli maraqlardan, dövlət maraqlarından üstün tutaraq  əyriliyə, oğruluğa, talançılığa, rüşvətxorluğa, korrupsiyaya yol verir, anti milli ünsürlərə  çevrilirlər. Biz son vaxtlar  belə hadisələrin tez-tez şahidi oluruq. O hadisə də hələ insanların yaddaşından silinməmişdir ki, Qaçqınkomun sabiq sədri Əli Həsənovun nəvəsi  dünyanın ən  bahalı maşınında avtoşluq edərkən müthiş bir qəza törətmiş və üç nəfər günahsız insanın həyatına son qoymuşdur.

      Düşünməyin ki, mən hissə qapılıram. Əsla!.. Bu gün hörmətli  Rövşən Rzayevlə görüşümüz mənə çox şeyləri anlatdı. Ən əsası məni o fikirlərimdən yayındırmağa nail oldu ki,  seçilib yerləşdirilən kadrların hamısı heç də eyni deyil və eyni fikrin, eyni düşüncələrin, eyni nəfsin və eyni tamahın  sahibi deyillər. Onlar xalqını, dövlətini, vətənini, torpağını sevən, modern düşüncəli, yeni baxışlı, yeni idarəçilik  metodları ilə işləyən milli – mənəvi dəyərlərə sahib  kadrlardır. Görüş zamanı  bir həqiqəti də yəqin etdim ki,  əvvəlki Komitə sədrindən fərqli olaraq Rövşən Rzayev insani münasibətlərdə vəzifə və mövqeyindən asılı olmayaraq bütün insanlara eyni münasibətin bəslənilməsi, idarəçilikdə yeni forma və  üsulların istifadə olunması sayəsində olduqca  bacarıqlı və səriştəlidir. İnsani münasibətlərdə bərabərlik olmayan yerdə  hörmət də yoxdur. İnsana hörmət böyük yaradıcı qüvvədir, böyük mənəvi dayaqdır. Hörmət şəxsiyyəti öz gözündə ucaldır, ona gümrahlıq, əminlik, özünə inam verir, bir insan, bir şəxsiyyət kimi onun dəyərini artırır. Tam səmimi etiraf edim ki, az vaxt ərzində mən  Rövşən Rzayevin simasında  sadəliyin, hörmətcilliyin,  səmimiyyətin, mehribançılığın, həqiqi böyüklüyün  və mənəvi zənginliyin, bir sözlə, insaniyyətin ən bariz  əlamətlərini gördüm.

      Təbii ki, mövcud vəziyyətlə bağlı heç bir təşkilatda, heç bir dövlət qurumlarında  canlı görüşlər keçirilmir.  Amma bütün bunları nəzərə alan  cənab Rövşən Rzayev  bəzi yoldaşları Komitənin həyətində, açıq hava şəraitində sosial məsafə saxlamaq şərti ilə qəbul edib onların problemlərini   dinlədi. Görüş zamanı mənim diqqətimi çəkən və marağıma səbəb olan   əsas məsələ  Füzuli rayonundan olan şəhid anası ilə  Komitə sədrinin apardığı söhbətdir. Etiraf edim ki,  indiyə qədər mən  bir jurnalist kimi  bir çox rəsmi qəbullarda və görüşlərdə  olmuş və heç birində  Rövşən Rzayevdə olan səmimiyyət və hörməti görməmişəm. İnsan necə də böyük olarmış!.. Rövşən Rzayevin bu böyük hörməti və səmimi münasibəti insanın daxili mədəniyyətinin və şəxsiyyətinin bütövlüyünün göstəricisi, ictimai və əxlaqi davranışların  meyarı, milli kadrların  yüksək  idarəçilik prinsiplərinin əsl göstəricisidir.

       Şəhid anasının müraciəti əlbəttə, mənzillə bağlı idi. Söhbətdən məlum oldu ki, ana və himayəsində olan oğluna bir neçə il öncə  qaçqın və köçkünlər üçün inşa edilən evlərlə təmin ediblər. Aradan bir neçə il keçəndən sonra  ana himayəsində olan oğlunu ayrı təsərrüfat kimi özündən ayırıb və indi ona  şəhərdə evlə təmin etmək üçün cənab Rövşən Rzayevin qəbuluna gəlib.  Rövşən müəllim çox böyük hörmət və səmimiyyətlə  onu qəbul edib səbrlə, təmkinlə, sözünü kəsmədən axıra qədər dinlədi. Onu başa salmağa çalışdı ki, indiyə qədər ev almayan, təminatdan geri qalan minlərlə məcburi köçkün ailəsi var. Biz var gücümüzlə çalışırıq ki, onları evlə təmin edək. Bəs,  bu nə dərəcədə düzgün olar ki, başqasının  haqqını pozub  sizə ikinci dəfə   ev verək?  Lakin buna  baxmayaraq Rövşən müəllim şəhid anasının ümidini üzmədi,onun təklifi məni və görüş iştirakçılarını heyrətə gətirdi.Komitə sədri çox səmimi şəkildə hamının diqqətini çəkən bir tərzdə dedi ki, şəhidlər bizim qürur mənbəyimizdir və buna görə də mən daxili imkanlarımızdan istifadə edərək ali rəhbərliyimizə məruzə edərəm və çalışaram ki, oğlunuza öz rayonunuzda köçkünlər üçün  tikilmiş evlərdən birini verərəm. Sonra Rövşən Rzayev tam əminliklə  bildirdi ki, oğlunuzu işlə də təmin edərəm, əlavə iki baş iri buynuzlu heyvan da verərəm. Şəhidin özü də, ailəsi də bizim üçün çox əzizdir. Qəbula gələnlər bir- birinin üzünə baxdı,  çöhrələrdə xoş təbəssüm oynadı. İndiyə qədər yalnız neqativ hallardan yazan bir jurnalist kimi mən də qəribə, xoş duyğular keçirdim.  Düzünü deyim ki, neçə illik fəaliyyətimdə belə hallara rast gəlməmişdim. Yeni bir insan görürmüş kimi  diqqətlə onun üzünə baxdım. Elə bil hansısa  yad planetdən gəlmiş, insanlara öz doğması, əzizi kimi yanaşan, onlara diqqət, səmimiyyət, qayğı, mehribanlıq göstərən,  hörmət bəsləyən yeni bir insan görürdüm. Mən Rövşən müəllimin simasında  birinci dəfə görürdüm ki,  dövlətin nümayəndəsi öz vətəndaşlarına, öz insanlarına necə böyük həssaslıq göstərir, onlara yazıq, əlacsız, problemlər içərisində boğulan bir adam kimi deyil, bir şəxsiyyət kimi yanaşır və hörmət bəsləyirdi. Şəhid anası  Rövşən müəllimin  təklifi ilə razılaşmadı, o, oğlu üçün şəhərdən ev istəyirdi. Əgər onun bu hərəkəti,  öz doğma torpağına, elinə, obnasına olan etinasızlığı qəbul iştirakçıları arasında qıcıq yaradırdısa, Komitə sədrinin ona qarşı olan münasibəti məmnunluq doğururdu. Bu, insanların dövlətə, hakimiyyətə olan inamını artırır, onlarda güvənc hissləri yaradır, yaşamaq,  qurub-yaratmaq ehtirasını daha da gücləndirirdi. Mən neqativ hallara, haqsızlığa,  ədalətsizliyə qarşı həmişə barışmaz olmuşam. İmkanım daxilində belə hallara qarşı  mübarizə aparmış,  tənqid etmiş,  ictimailəşdirmişəm.  Mən indi necə qeyd etməyim ki,  əgər Qaçqınkomun sabiq sədri Əli Həsənov  öz kobud rəftarı, yarıtmaz fəaliyyəti, qaçqın və məcburi köçkünlərə qarşı saymaz, biganə hərəkətləri ilə onları radikal addımlar atmağa,  ölkə rəhbərliyinə qarşı çıxmağa sövq edirdisə, cənab Rövşən Rzayev əksinə,  öz yüksək mədəniyyəti, daxili gözəlliyi, insanlara qarşı səmimi, mehriban rəftarı, ən əsası isə bu, həssas, kövrək insanlarla böyük sevgi və məhəbbəti ilə yaddaşlara həkk olunur, onların qəlbində silinməz izlər buraxırdı. Onun bu cür münasibəti, iş prinsipi, insanlarla işləmək praktikası işçilərinə də böyük təsir göstərmişdir. Mənzil İstgismarı Departamentinin direktoru Səbuhi Əhmədov da məhz belə açıq, aydın, şəffaf iş prinsipinə malik kadrlardan biridir.O, Rövşən  Rzayev yolunu,iş metodunu şərəflə,ləyaqətlə davam etdirir.Etiraf edim ki,Qaçqınkoma gedəndə tamam başqa fikirdə idim,ayrılanda isə başqa fikirdə. Rövşən Rzayevlə görüşdən sonra bir çox həqiqətləri dərk etdim. Ən əsası onu özüm üçün yəqin etdim ki,cənab Prezidentin seçib yerləşdirdiyi ,inandığı,etimad göstərdiyi  kadrların heç də hamısı öz vətəninə ,millətinə,torpağına,onun yeraltı və yerüstü sərvətlərinə xor baxan,insanlara yad,ögey münasibət bəsləyən rüşvətxor və yaramaz deyillər. Sözün həqiqi mənasında Rövşən Rzayev uzun illərdən bəri formalaşan fikrimdə,düşüncələrimdə bir çevriliş, bir inqilab elədi. Və mən indi inanmağa başladım ki,belə dəyərli insanlarımızın,belə milli qeyrətli kadrlarımızın sayəsində zəbt olunmuş torpaqlaımız nə vaxtsa azad olunacaq, bu gün qapı-qapı düşən, gündə yüz dəfə ölüb dirilən,vətən həsrətilə,torpaq həsrətilə yanıb qovrulan insanlar öz doğma yerlərinə qayıdacaq,insan kimi şərəflə və ləyaqətlə yaşayacaqlar. Bunun üçün , bu düşüncə üçün mənim dəyişən fikirlərimin müəllifi Rövşən Rzayevə çox dərin təşəkkür edirəm.
                                                                                 Kamal  Əsgərov

Son xəbərlər

Sağlamlıq haqqında arayış elektron şəkildə veriləcək — TƏBİB

Blinken Çin lideri ilə görüşəcək

Bu şəxslərin təhsil haqlarından azad edilməsi ilə bağlı yaş həddi dəyişdirilə bilər

"Azərbaycan Prezidentinin aparatı ilə əlaqə davam edir" - Paşinyanın ofisi

Əlilliyi olan şəxslərlə bağlı ayrıca hesabat hazırlansın - TƏKLİF

Bu gün Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırır

Nazirlərin və komitə sədrlərinin qəbul günləri - CƏDVƏL

Daşqınlar insan təlafatına səbəb olub

İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə hücum edib

Bu şəhərə bir günlük gələnlər pul ödəyəcəklər

Füzuliyə növbəti köç karvanı yola düşdü

Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar

Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...

Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət - VİDEO // FOTO

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi

ABŞ qoşunlarını Nigeriyadan çıxarır - Müzakirə başlayır

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Ayaq üstə işləmək faydalıdır?

"Biz heç nə etmədikdə qorxduğumuz baş verir" - Paşinyan

Elmira Süleymanova vəfat etdi

"Sudan sərvət çıxaran" məmurlar - VİDEO

Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar

Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundu

Rusiya niyə nüvə silahının kosmosda yayılmamasına veto qoyur? - Ağ Evdən reaksiya

Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi

Şuşada 450 mənzilli kompleks tikilir - VİDEO

Azərbaycan və Qırğızıstan diasporları əməkdaşlıq edəcək

Nazir direktoru işdən çıxardı

Bütün xəbərlər