Gündəm

Qurban ətini satmaq olar? – İlahiyyatçıdan QEYRİ-ADİ CAVAB
 
 
 
 
 
 
 
 
 

 
 
 
 
 

Qurban bayramında bəzi bölgələrdə qurbanlıq ətin satılması kimi halla qarşılaşmaq mümkündür.

Xüsusən də qurban kəsməyən şəxslər ət mağazalarından "qurbanlıq ət” adı altında satılan ətlərdən alırlar. Burada məqsəd sırf evdən qurban ətindən bişirilə yeməyin iyinin çıxmasıdır. Daha çox bölgələrdə yaşanan bu vəziyyətə münasibət isə birmənalı deyil.

Maraqlıdır ki, qurbanlıq ətin pulla satılması doğrudurmu?

Məsələ ilə bağlı ilahiyyatçı Hacı Surxay Məmmədli Redaktor.az-a açıqlamasında bildirib ki, qəssabların "qurban əti” adı altında ət satması doğru addım deyil:

"Qurban insanın Allaha yaxın olması, onun razılığını qazanmaq məqsədilə etdiyi xeyir əməldir. "Qurban” sözünün mənası "Allaha yaxınlaşmaq” deməkdir. Yəni, Qurban bayramında sosial yardımlaşma və paylaşma anlayışı var. Hər qurbanlıqda Allah rizası olmalıdır. Bütün dini ayinlərin icrası Allaha yaxınlaşmaq məqsədi daşıyır. O cümlədən, Qurban bayramı bir ibadətdir. Qurbanlıq insanın gücü miqdarında olmalıdır. Yəni, bəndənin bir qoyun, keçi, dəvə və ya inək kəsmək iqtidarı varsa, qurban alıb kəsməlidir. Qurban payı 3 yerə bölünür. Bu paylar insanın öz ailəsinə, qonşulara və ehtiyacı olan ailələrə və nəhayət bacı-qardaşa verilir. İnsanın bazardan aldığı ət qurban əti sayılmır”.

İlahiyyatçı vurğulayıb ki, qurbana xüsusi dua oxumaq və ona şərik olmaq  zəruridir:

"Heyvan kəsilmədən öncə onun bəslənməsi və qulluq edilməsi qurbanlıq niyyəti ilə edilməlidir. Qurban bayramında xüsusən də ehtiyacı olanlara qurban əti verilməlidir. Peyğəmbər (s.ə.s) adətən iki qurban kəsərdi. Onlardan biri özü, digəri isə ehtiyacı olan insanlar üçün olurdu. Bütün hallarda isə qurban əti satılmamalıdır”.

Qeyd edək ki, Qurban bayramı ilə əlaqədar Azərbaycanda avqustun 12-si və 13-ü qeyri-iş günüdür./Turkustan.info

Son xəbərlər

Sağlamlıq haqqında arayış elektron şəkildə veriləcək — TƏBİB

Blinken Çin lideri ilə görüşəcək

Bu şəxslərin təhsil haqlarından azad edilməsi ilə bağlı yaş həddi dəyişdirilə bilər

"Azərbaycan Prezidentinin aparatı ilə əlaqə davam edir" - Paşinyanın ofisi

Əlilliyi olan şəxslərlə bağlı ayrıca hesabat hazırlansın - TƏKLİF

Bu gün Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırır

Nazirlərin və komitə sədrlərinin qəbul günləri - CƏDVƏL

Daşqınlar insan təlafatına səbəb olub

İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə hücum edib

Bu şəhərə bir günlük gələnlər pul ödəyəcəklər

Füzuliyə növbəti köç karvanı yola düşdü

Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar

Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...

Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət - VİDEO // FOTO

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi

ABŞ qoşunlarını Nigeriyadan çıxarır - Müzakirə başlayır

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Ayaq üstə işləmək faydalıdır?

"Biz heç nə etmədikdə qorxduğumuz baş verir" - Paşinyan

Elmira Süleymanova vəfat etdi

"Sudan sərvət çıxaran" məmurlar - VİDEO

Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar

Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundu

Rusiya niyə nüvə silahının kosmosda yayılmamasına veto qoyur? - Ağ Evdən reaksiya

Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi

Şuşada 450 mənzilli kompleks tikilir - VİDEO

Azərbaycan və Qırğızıstan diasporları əməkdaşlıq edəcək

Nazir direktoru işdən çıxardı

Bütün xəbərlər