Gündəm

Azərbaycan türklərlə hərbi təlimlər həyata keçirir, dağlarda döyüş üsulları tətbiq edir. Ermənistanın nəzarət zonası yaxınlığında təlimlər keçirən Azərbaycan bununla idarəetmə sistemi, hərbi hissələrin koordinasiya edilməsi, hücum və əsas zərbə istiqamətini müəyyənləşdirir.

Mumtv.az xəbər verir ki, bu sözləri Ermənistan silahlı qüvvələrinin keçmiş komandanı, 1992-95-ci illərdə Ermənistan Baş Qərargah rəisi olmuş general-leytenant Norat Ter-Qriqoryants Ermənistan mediasına açıqlamasında deyib. Onun sözlərinə görə, təlim zamanı ordu praktik bacarıqlar əldə edir.

"Bu cür təlimlər zamanı düşmənlə toqquşmanın müxtəlif ssenariləri və hücum əməliyyatları hazırlanır. Lakin heç kim hərbi təlimlər keçirən Azərbaycan ordusunun qəfil hücum edə biləcəyini düşünmədi. Halbuki müharibədəki əsas şey düşməni aldatmaqdır. Bu, hərbi hiylədir. Və Azərbaycanın niyyətlərini gizlətmək üçün əməliyyat planı var”, - o deyib.

Erməni general, həmçinin, onu qeyd edib ki, Azərbaycan Silahlı Qüvvələrinin dərhal təlim rejimindən real döyüş rejiminə keçmək planı var:

"Bu təlimləri yerinə yetirən Azərbaycan, eyni zamanda, erməni tərəfini yoxlayır. Azərbaycanın kəşfiyyatı çox yaxşı işləyir. Onların hətta İrəvanda da casusları var. Məsələn, İrandan turistlər gəlir. Siz elə düşünürsünüz ki, onlar yalnız iranlılardır? Onların arasında çox sayda azərbaycanlı var. Ona görə də onlar qəfildən maskalarını ata və bizə hər tərəfdən hücum edə bilərlər”, - deyə Ter-Qriqoryants vurğulayıb.

O, əlavə edib ki, belə bir ssenari 99% ehtimal olunur.

(Axar.az)


Son xəbərlər

Sağlamlıq haqqında arayış elektron şəkildə veriləcək — TƏBİB

Blinken Çin lideri ilə görüşəcək

Bu şəxslərin təhsil haqlarından azad edilməsi ilə bağlı yaş həddi dəyişdirilə bilər

"Azərbaycan Prezidentinin aparatı ilə əlaqə davam edir" - Paşinyanın ofisi

Əlilliyi olan şəxslərlə bağlı ayrıca hesabat hazırlansın - TƏKLİF

Bu gün Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırır

Nazirlərin və komitə sədrlərinin qəbul günləri - CƏDVƏL

Daşqınlar insan təlafatına səbəb olub

İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə hücum edib

Bu şəhərə bir günlük gələnlər pul ödəyəcəklər

Füzuliyə növbəti köç karvanı yola düşdü

Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar

Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...

Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət - VİDEO // FOTO

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi

ABŞ qoşunlarını Nigeriyadan çıxarır - Müzakirə başlayır

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Ayaq üstə işləmək faydalıdır?

"Biz heç nə etmədikdə qorxduğumuz baş verir" - Paşinyan

Elmira Süleymanova vəfat etdi

"Sudan sərvət çıxaran" məmurlar - VİDEO

Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar

Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundu

Rusiya niyə nüvə silahının kosmosda yayılmamasına veto qoyur? - Ağ Evdən reaksiya

Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi

Şuşada 450 mənzilli kompleks tikilir - VİDEO

Azərbaycan və Qırğızıstan diasporları əməkdaşlıq edəcək

Nazir direktoru işdən çıxardı

Bütün xəbərlər