Gündəm
Gündəm
Cəbhə bölgəsindəki hərbi hissələrin silah və hərbi texnikasının döyüş qabiliyyəti yoxlanılıb - VİDEO
Mumtv.az Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir ki, hərbi hissələrdə şəxsi heyət üçün yaradılan şəraitlə tanışlıqdan sonra hərbi hissələrin sərəncamında olan silah və hərbi texnikanın müxtəlif növlərinə baxış keçirilib.
Hərbi hissələrin birinin ərazisində inşa olunan trenajor binasına gələn general-polkovnik M.Əliyev və general-polkovnik Z.Həsənov ekipajların tank və piyada döyüş maşınlarının təlim-məşq qurğularında atış və sürücülük məşqlərini izləyiblər.
Müdafiə nazirinin əmri ilə döyüş texnikası təlim-həyəcan siqnalı ilə əraziyə çıxarılıb və tapşırıq uğurla icra olunub.