Gündəm

Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunda üzümçülüyün inkişafı müzakirə olunub















Kənd Təsərrüfatı Nazirliyindən MUMTV.az-a verilən məlumata görə, Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçiliyin, üzümçülüyün təşkili və monitorinq şöbəsinin müdiri Tofiq Rzayevin iştirakı ilə Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunda kollektivlə geniş tərkibdə görüş keçirilib. Görüşdə institutun mövcud potensialı, sahə üzrə gələcək çağırış və trendlərin izlənilməsinin vacibliyi, innovasiyaların tətbiqinin əhəmiyyəti müzakirə olunub.

İclasda çıxış edən Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun direktoru səlahiyyətlərini icra edən, aqrar elmlər üzrə elmlər doktoru Vüqar Səlimov üzümçülüyün respublika iqtisadiyyatı üçün çox böyük əhəmiyyətə malik olduğunu bildirib. Qeyd edib ki, ölkənin aparıcı elmi-tədqiqat müəssisələrindən biri olan bu institutun əsas fəaliyyəti üzüm genofondunun zənginləşdirilməsi və qorunub saxlanılması, aborigen, introduksiya olunmuş üzüm sortlarının, yabanı üzüm növlərinin öyrənilməsi, müxtəlif istiqamətli yüksək keyfiyyətli, xəstəlik və zərərvericilərə qarşı davamlı sort və hibridlərin yaradılmasından ibarətdir. Bundan başqa, üzümün innovativ becərilmə texnologiyasının işlənib hazırlanması, beynəlxalq standartlara uyğun şərabların, şərab distillyatlarının, digər alkoqollu və alkoqolsuz üzüm məhsullarının istehsal texnologiyalarının tədqiq edilməsi və təkmilləşdirilməsi də institutun əsas fəaliyyət sahələrindəndir. O, institut alimlərinin üzüm-şərab istehsalı ilə bağlı elmi axtarışlarını yeni keyfiyyətlə Strateji Yol Xəritəsinə uyğun olaraq həyata keçirdiyini diqqətə çatdırıb.

Kənd təsərrüfatı nazirliyinin Meyvəçiliyin, üzümçülüyün təşkili və monitorinq şöbəsinin müdiri Tofiq Rzayev qarşıda duran vəzifələrə toxunub. Bildirilib ki, bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi strategiya çərçivəsində üzümçülüyün və onun emal sənayesinin müasir bazar iqtisadiyyatı şəraitində inkişaf etdirilməsi üçün qarşıda mühüm vəzifələr qoyulub. Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiqlənən üzümçülük və şərabçılığa dair Dövlət Proqramları bu sahənin inkişafında dövlət siyasətini və strategiyasını formalaşdıraraq nəzərdə tutulmuş tədbirlərin uğurla həyata keçirilməsini təmin edəcək. Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunda yüksək elmi potensialın mövcudluğunu qeyd edən Tofiq Rzayev elmi işçilərin təkliflərini dinləyib.

Daha sonra şöbə müdiri institutun müasir avadanlıqlarla təchiz olunmuş laboratoriyası, Ampeloqrafik kolleksiya bağı və Azərbaycan şərablarının kolleksiyası ilə tanış olub.

Son xəbərlər

Sağlamlıq haqqında arayış elektron şəkildə veriləcək — TƏBİB

Blinken Çin lideri ilə görüşəcək

Bu şəxslərin təhsil haqlarından azad edilməsi ilə bağlı yaş həddi dəyişdirilə bilər

"Azərbaycan Prezidentinin aparatı ilə əlaqə davam edir" - Paşinyanın ofisi

Əlilliyi olan şəxslərlə bağlı ayrıca hesabat hazırlansın - TƏKLİF

Bu gün Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırır

Nazirlərin və komitə sədrlərinin qəbul günləri - CƏDVƏL

Daşqınlar insan təlafatına səbəb olub

İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə hücum edib

Bu şəhərə bir günlük gələnlər pul ödəyəcəklər

Füzuliyə növbəti köç karvanı yola düşdü

Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar

Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...

Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət - VİDEO // FOTO

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi

ABŞ qoşunlarını Nigeriyadan çıxarır - Müzakirə başlayır

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Ayaq üstə işləmək faydalıdır?

"Biz heç nə etmədikdə qorxduğumuz baş verir" - Paşinyan

Elmira Süleymanova vəfat etdi

"Sudan sərvət çıxaran" məmurlar - VİDEO

Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar

Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundu

Rusiya niyə nüvə silahının kosmosda yayılmamasına veto qoyur? - Ağ Evdən reaksiya

Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi

Şuşada 450 mənzilli kompleks tikilir - VİDEO

Azərbaycan və Qırğızıstan diasporları əməkdaşlıq edəcək

Nazir direktoru işdən çıxardı

Bütün xəbərlər