Gündəm

Prezident yeni qanunu imzaladı - DƏYİŞİKLİK
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Prezident İlham Əliyev Əmək Məcəlləsində və "Məşğulluq haqqında” qanunda dəyişiklik edilməsi barədə qanunu imzalayıb. 

Mumtv xəbər verir ki, Əmək Məcəlləsinin 9-cu maddəsinin "o” bəndində "məlumatlarını” sözündən sonra ", habelə iş yerindən elektron qaydada arayışı” sözləri əlavə edilib. 

Qeyd edək ki, 9-cu maddə əmək müqaviləsi üzrə işçinin əsas hüquqları ilə bağlıdır. 

 

Həmin maddənin "o” bəndində yazılırdı ki, işçinin elektron informasiya sistemindən onunla bağlı qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etmək hüququ var. 

Yeni qanunla isə işçinin elektron informasiya sistemindən onunla bağlı qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını, habelə iş yerindən elektron qaydada arayışı real vaxt rejimində əldə etmək hüququ olacaq. 

"Məşğulluq haqqında” qanunun isə 31-ci maddəsində dəyişiklik edilib. Həmin maddə "Qeyri-formal məşğulluğa nəzarət” vahid elektron informasiya ehtiyatı ilə əlaqədardır. 

31.1-ci maddədə "əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sisteminə” sözləri "elektron informasiya sisteminin "Əmək müqaviləsi bildirişi” altsisteminə” sözləri ilə əvəzlənib. 

Qeyd edək ki, həmin bənddə yazılır ki, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən "Qeyri-formal məşğulluğa nəzarət” vahid elektron informasiya ehtiyatı yaradılır. 

Prezidentin imzaladığı qanunla bu nəzarət qeyri-formal məşğulluğun aşkar edilməsi və qarşısının alınması məqsədi ilə əmək ehtiyatları ilə bağlı informasiya ehtiyatlarının, eləcə də qeyri-formal məşğulluğu müəyyən etməyə imkan verən digər informasiya sistemlərinin və ehtiyatlarının elektron informasiya sisteminin əmək müqaviləsi bildirişi altsisteminə inteqrasiyası əsasında yaradılacaq. 

AZƏRTAC 

Son xəbərlər

Daşqınlar insan təlafatına səbəb olub

İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə hücum edib

Bu şəhərə bir günlük gələnlər pul ödəyəcəklər

Füzuliyə növbəti köç karvanı yola düşdü

Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar

Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...

Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət - VİDEO // FOTO

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi

ABŞ qoşunlarını Nigeriyadan çıxarır - Müzakirə başlayır

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Ayaq üstə işləmək faydalıdır?

"Biz heç nə etmədikdə qorxduğumuz baş verir" - Paşinyan

Elmira Süleymanova vəfat etdi

"Sudan sərvət çıxaran" məmurlar - VİDEO

Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar

Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundu

Rusiya niyə nüvə silahının kosmosda yayılmamasına veto qoyur? - Ağ Evdən reaksiya

Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi

Şuşada 450 mənzilli kompleks tikilir - VİDEO

Azərbaycan və Qırğızıstan diasporları əməkdaşlıq edəcək

Nazir direktoru işdən çıxardı

Azərbaycan nefti cüzi bahalaşıb

Bitki apokalipsisi: Bakteriya ağacları və məhsulları məhv edir

İmişlidə İcra başçısı qəbula gələn kənd sakinlərini “dama soxdurub” - RƏZALƏT

İcra Hakimiyyəti sabiq nazirdən 133 minə “BMW 520i” alır – Bazardakı qiymətdən 17,5 min bahadır

Beş ayda 67 milyon manat dövlət sifarişi verilmiş müəmmalı MMC-nin arxasında kimlər durur?

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

"Putin" filmi böyük reaksiyalara səbəb olub

Bütün xəbərlər