Gündəm
Daha bir partiya parlament seçkilərində iştirak edəcək
Gələcək Azərbaycan Partiyası keçirilməsi gözlənilən növbədənkənar parlament seçkilərinə qatılacaq.
Bu barədə partiya sədri Ağasif Şakiroğlu məlumat verib.
A.Şakiroğlunun sözlərinə görə, Gələcək Azərbaycan Partiyası çalışır ki, gənclərdən ibarət yeni siyasi komanda ilə seçkilərdə iştirak etsin: "Bu istiqamətdə digər gənc siyasətçilərlə də danışıqlar aparırıq. Düzdür, biz 2020-ci ilin payızına hazırlaşırdıq. Amma gözlənilməz proseslərə də hazır idik. Əgər danışıqlar uğurlu alınarsa, gənclərdən ibarət bir siyasi blok halında seçkilərdə iştirak etməyi mümkün sayırıq. Belə olacağı halda 70-dən çox seçki dairəsini əhatə edə biləcəyik. Əgər danışıqlar nəticəsiz bitərsə, yaranmış situasiyaya uyğun qərar veriləcək. Seçkidə iştirakın tərəfdarıyam. Ümid edirəm ki, rəhbəri olduğum partiya da belə qərar verəcək. Bu gün Azərbaycanın gəncləşməyə ehtiyacı var”. (Pravda.az)