Gündəm

“Bakı Metropoliteni” yeni qatarlardakı uyğunsuzluqlarla bağlı “Transmaşholdinq”ə məktub hazırlayıb
 
 
 
 
 

 
 
 
"Bakı Metropoliteni" QSC yeni gətirilən vaqonlarda qapıların sıxılma zamanı açılmamasının tənzimlənməsi üçün Rusiyanın "Transmaşholdinq” QSC-nin şirkətlər qrupuna daxil olan "Metrovaqonmaş” ASC-yə məktub göndərməyə hazırlaşır.

Bunu "Report”a eksklüziv açıqlamasında qurumun baş mühəndisi Əlixan Osmanov deyib.

Ə.Osmanovun sözlərinə görə, tezliklə həmin problemlər aradan qaldırılacaq: "Bu məsələni biz mütəxəssislərlə müzakirə etmişik. Nəyinki bundan sonra ölkəyə gətiriləcək qatarlarda, həmçinin bu vaxta qədər gətirilən yeni vaqonlarda da proqram təminatını düzəltmək üçün zavoda məktub hazırlamışıq və göndərəcəyik".

QSC-nin baş mühəndisi hesab edir ki, başqa ölkələrdədə yeni nəsil vaqonlarının istifadəsi zamanı belə problemlər ortaya çıxa bilər: "Hər yerdə sərnişin qapını tutub saxlayır, proqram təminatı çaşır və qapıları bloka salır. Onların yenidən işə düşməsi üçün proqram təminatını yenidən yüklənməlidir. Biz artıq zavoda məktub hazırlamışıq və tələb edirik ki, proqram təminatı heç zaman qapıları bloka salmasın. Burada yalnız proqram təminatı qapıların bağlanması ilə bağlı komanda verməlidir. Digər məsələlər maşinist üçün saxlanır. O, qapıların bağlanması əmrindən imtina edə bilər, yaxud qapıları yenidən açıb-bağlaya bilər".

Ə.Osmanovun fikrincə, yaxın gələcəkdə bu problem olmayacaq: "Təzə qatarlarda istehsalçı ilə istismar edənin birgə səyi nəticəsində belə məsələlər tədricən aradan qaldırılır. Köhnə qatarlarda da belə məsələlər var idi. Birinin kronşteyni tez-tez sınırdı, digərinin zənciri yerindən çıxırdı. Bunları da biz tədricən sahmana saldıq. Təzə qatarlarda da bizim həyatımıza uyğun olmayan məsələlər var. Zavod onu ən yüksə səviyyədə düşünür”.

Xatırladaq ki, bu il ərzində Bakıya 30 vaqon gətirilib. Yeni vaqonlarda olan təhlükəsizlik qaydalarına görə, uzun müddət sıxılaraq açıq qalan qapılar bağlandıqdan sonra bloklanır. Bloklanmanı aradan qaldırmaq üçün isə sistem yenidən işə salınmalıdır. Bu zaman isə bir neçə saniyəlik metro vaqonlarında elektrik enerjisi təchizatı kəsilir.

"Bakı Metropoliteni" "Metrovaqonmaş” ASC ilə oktyabrda imzalanmış müqavilə əsasən, il ərzində Rusiya şirkəti Bakı metrosu üçün, ümumilikdə, 20 vaqondan ibarət 4 qatar tərkibi istehsal edəcək. Beləliklə, 3 il ərzində zavodda metropoliten üçün 60 müasir tipli vaqon və yaxud 12 qatar tərkibi hazırlanacaq. Bununla "Bakı Metropoliteni"ndə istismar müddətini başa vuran vaqonlar xətdən çıxarılaraq yeniləri ilə əvəzlənəcək.

Qeyd edək ki, "Metrovaqonmaş” vaqon təchizatı sahəsində Bakı metropoliteninin uzunmüddətli tərəfdaşıdır. Müəssisə 1967-ci ildən Bakı metropolitenini vaqonlarla təmin edir və hazırda vaqon parkı 305 vaqondan ibarətdir.

Son xəbərlər

Sağlamlıq haqqında arayış elektron şəkildə veriləcək — TƏBİB

Blinken Çin lideri ilə görüşəcək

Bu şəxslərin təhsil haqlarından azad edilməsi ilə bağlı yaş həddi dəyişdirilə bilər

"Azərbaycan Prezidentinin aparatı ilə əlaqə davam edir" - Paşinyanın ofisi

Əlilliyi olan şəxslərlə bağlı ayrıca hesabat hazırlansın - TƏKLİF

Bu gün Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırır

Nazirlərin və komitə sədrlərinin qəbul günləri - CƏDVƏL

Daşqınlar insan təlafatına səbəb olub

İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə hücum edib

Bu şəhərə bir günlük gələnlər pul ödəyəcəklər

Füzuliyə növbəti köç karvanı yola düşdü

Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar

Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...

Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət - VİDEO // FOTO

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi

ABŞ qoşunlarını Nigeriyadan çıxarır - Müzakirə başlayır

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Ayaq üstə işləmək faydalıdır?

"Biz heç nə etmədikdə qorxduğumuz baş verir" - Paşinyan

Elmira Süleymanova vəfat etdi

"Sudan sərvət çıxaran" məmurlar - VİDEO

Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar

Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundu

Rusiya niyə nüvə silahının kosmosda yayılmamasına veto qoyur? - Ağ Evdən reaksiya

Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi

Şuşada 450 mənzilli kompleks tikilir - VİDEO

Azərbaycan və Qırğızıstan diasporları əməkdaşlıq edəcək

Nazir direktoru işdən çıxardı

Bütün xəbərlər