Gündəm

Türkiyə Cümhuriyyəti İğdır valisi Enver Ünlünün dəvəti ilə Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) sədi, Azərbaycan Mətbuat Şurasının İdarə heyətinin üzvü İlham İsmayılov, İstanbul Türkiyə Azərbaycan Dərnəyinin sədri Səfər Karakoyunlu, tanınmış sənətçi Şəmistan Əlizamanlı, ATXƏM-in icra katibi, "Birlik" jurnalının baş redaktoru İlqar İlkin İğdırda təşkil olunmuş "15 iyul milli birlik və demokratiya günü" adlı silsilə tədbirlərdə iştirak ediblər. 


MUMTV.az xəbər verir ki, tədbirdə öncə 2016-cı ildə Türkiyədə baş vermiş 15 iyul qiyama cəhd hadisələrində şəhid olmuş 241 nəfərin xatirəsinə dualar oxunub, o dəhşətli gecədə baş verən olaylar bir daha xatırlanıb.


İğdır valisi Enver Ünlü çıxışında 15 iyul 2016-cı ildə baş verən hadisələrdə Türkiyə xalqına və dövlətinə qarşı xəyanətin baş verdiyini qeyd edərək bildirib ki, Türk xalqı hər zaman olduğu kimi həmin gün də öz dövlətinin yanında olub, dünyəviliyi və demokrratiyanı hər şeydən üstün tutub. 


Daha sonra İğdır valiliyinin önündə təşkil olunmuş və bütün xalqa açıq olan toplantıda şəhidlərin xatirəsinə yazılmış seirlər oxunub.


Türkiyədə xüsusilə "Diriliş Ərtoğrul" dizisində "Ozan" obrazını canlandıran, vətənpərvərlik mahnıları ilə məhşur olan Şəmistan Əlizamanlının çıxışı tədbirə yeni bir ruh qatıb. Onun türk millətinin, onun bayrağının şəninə oxuduğu mahnıları hər kəs ayaqüstə dinlənib.


ATXƏM-in sədri İlham İsmayılov çıxışında bildirib ki, Azərbaycan tarix boyu hər zaman Türkiyənin yanında olub: 


"Üç il əvvəl Türkiyəyə qarşı baş verən məlum hadisələr zamanı da Prezident İlham Əliyev Azərbaycan xalqı adından tükiyəli qardaşlarımızın və Türkiyə dövlətinin yanına olduğunu bəyan edib. Biz bu gün də yənə sizlərlə birlikdəyik, sizlərin yanındayıq. Çünki biz bir millətik. Türkiyənin ayağına dəyən daş bizim ürəyimizə dəyir"./Demokrat.az

 

Son xəbərlər

Sağlamlıq haqqında arayış elektron şəkildə veriləcək — TƏBİB

Blinken Çin lideri ilə görüşəcək

Bu şəxslərin təhsil haqlarından azad edilməsi ilə bağlı yaş həddi dəyişdirilə bilər

"Azərbaycan Prezidentinin aparatı ilə əlaqə davam edir" - Paşinyanın ofisi

Əlilliyi olan şəxslərlə bağlı ayrıca hesabat hazırlansın - TƏKLİF

Bu gün Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırır

Nazirlərin və komitə sədrlərinin qəbul günləri - CƏDVƏL

Daşqınlar insan təlafatına səbəb olub

İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə hücum edib

Bu şəhərə bir günlük gələnlər pul ödəyəcəklər

Füzuliyə növbəti köç karvanı yola düşdü

Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar

Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...

Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət - VİDEO // FOTO

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi

ABŞ qoşunlarını Nigeriyadan çıxarır - Müzakirə başlayır

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Ayaq üstə işləmək faydalıdır?

"Biz heç nə etmədikdə qorxduğumuz baş verir" - Paşinyan

Elmira Süleymanova vəfat etdi

"Sudan sərvət çıxaran" məmurlar - VİDEO

Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar

Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundu

Rusiya niyə nüvə silahının kosmosda yayılmamasına veto qoyur? - Ağ Evdən reaksiya

Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi

Şuşada 450 mənzilli kompleks tikilir - VİDEO

Azərbaycan və Qırğızıstan diasporları əməkdaşlıq edəcək

Nazir direktoru işdən çıxardı

Bütün xəbərlər