mumtv.az
mumtv.az

Gürcüstana səfər edənlərdən “COVID pasport”u tələb olunacaq

Gürcüstana səfər edənlərdən “COVID pasport”u tələb olunacaq
22-05-2020, 15:38 149 dəfə baxılıb

Gürcüstana səfər edənlərdən

Gürcüstana səfər edəcək turistlər sərhəddə son 72 saat ərzində koronavirusla bağlı keçdiyi testin mənfi nəticəsinin qeyd edildiyi sənədi təqdim etməli olacaqlar.

Mumtv.az xəbər verir ki, bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze bildirib.

Onun sözlərinə görə, Gürcüstan ilk növbədə "yaşıl zona” elan olunan ölkələrdən turistlər qəbul edəcək: "Ölkəyə gələcək ziyarətçilərdən "COVID pasport”u adlandırılan sənəd tələb olunacaq”.

Qeyd edək ki, qonşu ölkə iyulun 1-dən xarici turistlər üçün sərhədlərini açacaq.(Fed.az)






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA