Dünya

ABŞ üçün kabusa çevrilən Rusiya silahı
 
 
 
 
 
 

 

Rusiya Müdafiə naziri Sergey Şoyqu sentyabrın 22-də verdiyi müsahibədə ölkəsinin ABŞ-a qarşı çıxmaq üçün təyyarədaşıyanlara ehtiyacı olmadığını bəyan edib.

MUMTV.az-ın məlumatına görə, nazir bildirib ki, Rusiyada təyyarədaşıyan gəmiləri batıra biləcək kifayət qədər güclü silahlar var.

İki gün əvvəl Sakit okeanda "Omsk” nüvə sualtı gəmisindən "P-700” "Qranit” zenit raketinin sınaq atışı keçirilib.

Raket 350 kilometr məsafədə yerləşən dəniz hədəfinə zərbə endirib.

İndi isə hərbi nəşrlər və hərbi mütəxəssisləri bu sual düşündürür: S.Şoyqu təyyarədaşıyan gəmiləri məhv edəcək silahlardan danışarkən "P-700” raketlərini nəzərdə tutub?

Çin mətbuatı yazıb ki, "P-700” "Qranit” raketləri ən böyük aralığa və sürətə, eyni zamanda, dağıdıcı gücə malikdir.

Bundan başqa, "soyuq müharibə” dövründə Rusiyada qəbul edilmiş raketlərdən istifadə metodlarına uyğun olaraq uçuş zamanı onlar arasında məlumat mübadiləsi aparıla bilər.

İlk olaraq raket düşmən birləşmələrinin vəziyyətini göstərən peyk şəkillərini çəkmək üçün çox yüksəkdə uçur. Bundan sonra hesablamalar aparılır, əsas mövqelər nəzərə alınır.

Ardınca isə, məsələn, bir raket kiçik, beş raket böyük gəmilərə hücum edir. Bununla da bütün daşıyıcı qrupa hücum başlanılır.

Bildirilir ki, "P-700” "Qranit” raketlərinin vurduğu hədəfdə olan insanların hamısı məhv olacaq.

Bundan başqa, zədələnmiş gəmini də xilas etmək mümkünsüz olacaq, çünki o, gec-tez batacaq.

Bu raketin buraxıldığı "Omsk” nüvə sualtı gəmisinə də diqqət yetirmək lazımdır.

Sualtı gəmidə hər iki tərəfə 24-ə qədər "P-700” raketləri quraşdırıla bilər. Buna görə də "soyuq müharibə” illərində bu sualtı gəmilər ABŞ təyyarədaşıyanları üçün kabus hesab olunurdu.

Əgər "Omsk” hərbi əməliyyatlarda iştirak edərsə, bu, ABŞ təyyarədaşıyanları üçün böyük təhlükə yaradacaq.

"Qranit” raketlərinin uçuş məsafəsi 20-650 kilometr arasında dəyişir.  Nəzərə almaq lazımdır ki, 500 min ton TNT tutumlu, böyük yerüstü hədəfləri vura bilən nüvə başlığı da raketə quraşdırıla bilər./Oxu.az


Son xəbərlər

Sağlamlıq haqqında arayış elektron şəkildə veriləcək — TƏBİB

Blinken Çin lideri ilə görüşəcək

Bu şəxslərin təhsil haqlarından azad edilməsi ilə bağlı yaş həddi dəyişdirilə bilər

"Azərbaycan Prezidentinin aparatı ilə əlaqə davam edir" - Paşinyanın ofisi

Əlilliyi olan şəxslərlə bağlı ayrıca hesabat hazırlansın - TƏKLİF

Bu gün Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırır

Nazirlərin və komitə sədrlərinin qəbul günləri - CƏDVƏL

Daşqınlar insan təlafatına səbəb olub

İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə hücum edib

Bu şəhərə bir günlük gələnlər pul ödəyəcəklər

Füzuliyə növbəti köç karvanı yola düşdü

Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar

Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...

Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət - VİDEO // FOTO

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi

ABŞ qoşunlarını Nigeriyadan çıxarır - Müzakirə başlayır

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Ayaq üstə işləmək faydalıdır?

"Biz heç nə etmədikdə qorxduğumuz baş verir" - Paşinyan

Elmira Süleymanova vəfat etdi

"Sudan sərvət çıxaran" məmurlar - VİDEO

Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar

Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundu

Rusiya niyə nüvə silahının kosmosda yayılmamasına veto qoyur? - Ağ Evdən reaksiya

Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi

Şuşada 450 mənzilli kompleks tikilir - VİDEO

Azərbaycan və Qırğızıstan diasporları əməkdaşlıq edəcək

Nazir direktoru işdən çıxardı

Bütün xəbərlər