Cəmiyyət
Cəmiyyət
XİN-dən “Euronews” əməkdaşlarını ermənilərin atəşə tutmasına MÜNASİBƏT
Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) "Euronews”un çəkiliş qrupunun Ermənistan silahlı qüvvələrin tərəfindən atəşə tutulmasına münasibət bildirib.
Mumtv.az məlumat verir ki, XİN-in "Twitter” hesabında bildirilib ki, beynəlxalq humanitar hüquq jurnalistlərə qarşı hücumları qadağan edir.
Qeyd olunub ki, "Euronews”un çəkiliş qrupunun hücumuna məruz qalması mülki vətəndaşları və jurnalistləri hədəf alan Ermənistanın əsl üzünü bir daha göstərir: "Ermənistan beynəlxalq hüquqa dair öhdəliklərini kobud şəkildə pozaraq jurnalistlərə hücum edir!”.