Gündəm

Ermənistan münaqişə zonasının coğrafiyasını genişləndirməyə cəhd edir - XİN
 
 
 
 
 
 
 
 


 
 
 
 
 

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Ermənistanın münaqişə zonasından çox uzaqda yerləşən Azərbaycanın yaşayış məntəqələrinə hücumlarının davam etməsinə dair açıqlama yayıb.

XİN-in mətbuat xidməti idarəsindən Lent.az -a daxil olan açıqlamada bildirilib ki, Ermənistanın silahlı qüvvələri beynəlxalq hüquqa, o cümlədən beynəlxalq humanitar hüquqa dair öhdəliklərini kobud şəkildə pozaraq, əhalinin sıx yaşadığı azərbaycanlı yaşayış məntəqələrini qəsdən atəşə tutmağa davam edir.

Qeyd olunub ki, oktyabrın 22-də səhər saatlarında Azərbaycan ərazisi Ermənistan ərazisindən əməliyyat-taktiki raket kompleksindən atılan ballistik raketlərin atəşinə məruz qalıb: "Ermənistan silahlı qüvvələri münaqişə zonasından yüzlərlə kilometr məsafədə yerləşən Siyəzən rayonu istiqamətində 3, Qəbələ rayonu istiqamətində 2 raket və Kürdəmir rayonu istiqamətində 1 raket atıb. Ermənistan silahlı qüvvələrinin hədəfi dinc əhali və mülki infrastruktur olub.

Gəncə və Mingəçevir şəhərlərindən sonra Azərbaycanın işğal olunmuş ərazilərindən xeyli kənarda yerləşən Siyəzən, Kürdəmir və Qəbələ rayonlarına doğru raketlərin atılması Ermənistanın Azərbaycan dinc əhalisinə qarşı yeni dəhşətli cinayətlər törətmək üçün növbəti cəhdidir.

Bu hücumlar bir daha Ermənistanın münaqişə zonasının coğrafiyasını genişləndirmək cəhdlərindən xəbər verir və onun vəziyyəti daha da gərginləşdirməyə xidmət etdiyini göstərir.

Ermənistanın bu təcavüz aktlarını qətiyyətlə pisləyirik və beynəlxalq ictimaiyyəti Ermənistanı beynəlxalq hüquqa və beynəlxalq öhdəliklərinə riayət etməyə məcbur etmək üçün lazımi addımlar atmağa çağırırıq.

Münaqişənin diplomatik həll yolunun olmadığını bildirən və Azərbaycanın mülki əhalisini və yaşayış məntəqələrini atəşə tutmaq əmrini verən Ermənistan rəhbərliyi bölgədə gərginliyin artmasına, habelə Ermənistanın Azərbaycana qarşı yeni təcavüzü zamanı törədilən müharibə cinayətlərinə görə tam məsuliyyət daşıyır”.


Son xəbərlər

1 iyuladək icazə alan taksi sürücüləri hansı üstünlüklərə malik olacaq? - AYNA-dan açıqlama

Bakıda yeni marşrut şəbəkəsinin tətbiqinə başlanılıb

Dövlət Agentliyi keçmiş deputatın şirkətinə 720 min manat ödəyəcək

MSK sədri parlament seçkilərinə hazırlıqla bağlı tapşırıq verdi

“Koroğlu”da yeni nəqliyyat mübadilə məntəqəsi yaradılacaq

Prezidentin sərəncamı 3000-ə yaxın şəxsə şamil olunacaq

Uşağa görə bu ailələrə 435 AZN pul veriləcək - RƏSMİ

Dünya dini liderlərinin Şuşa Bəyannaməsi qəbul edildi

Prezidentdən Heydər Əsədovla bağlı SƏRƏNCAM

Bu şəxslərə 2000 manat birdəfəlik yardım veriləcək

Kamal Kılıçdaroğlunun həbsi istənildi

Bu ölkə diplomatlarını İsraildən çıxardı

Ağdam rəhbərliyinin başdangetdi "quruculuq" işləri

Kəlbəcər şəhərinin Baş planı təsdiqləndi

Paşinyan Azərbaycanla sərhədə hasar çəkməyi təklif etdi

Qazaxın Xeyrimli kəndinin minatəmizləmə işlərinə başlanıldı

Şuşaya köç başlayır: Şuşalılar özləri fərdi ev tikə bilərmi?

Azərbaycanda yeni peyvənd vurulacaq

İlin sonuna qədər bütün azad edilmiş rayonlara qayıdış başlayacaq

Ermənistan MN demarkasiya olunmuş ərazilərdən geri çəkiləcək

Bu günə olan valyuta məzənnələri

Dörd ildən sonra COVID məhdudiyyətləri ləğv edildi

"Qonşularla münasibətlərimizi legitimlik əsasında qurmalıyıq" - Erməni baş nazir

Gürcüstan prezidenti gənclərə müraciət ETDİ

Respublika Sanitariya-Karantin Mərkəzinin baş direktoru cinayət başında TUTULUB - VİDEO

Nazir Məhkəmə Ekspertiza Mərkəzinin rəisini vəzifəsindən azad etdi

Səfərbərlik Xidməti məlumat yaydı: Çağırışçıların nəzərinə - Bundan sonra...

Məhkəmə Ramiz Mehdiyevin kürəkəninin şikayətini rədd etdi -ŞOK DETALLAR

Əfv Məsələləri Komissiyasının növbəti iclasının vaxtı məlum oldu

Parklarda Fəaliyyət Göstərən Səyyar Kababxanalar Hansı Məmurlarındır? – Faktlar+VİDEO

Uçot dərəcəsinin endirilməsi kredit faizlərini azaldacaq? - AÇIQLAMA

Yenilməz könüllü batalyon - FOTO

Bütün xəbərlər