Cəmiyyət

Mikayıl Cabbarov Daşkəsəndə

Bu gün İqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycan iqtisadiyyatının "Açılış zəngi” mərasimində iştirak etmək məqsədilə Daşkəsən rayonuna gedib. 

Mumtv.az "Qafqazinfo”a istinadən xəbər verir ki, əvvəlcə Daşkəsən İH-nin başçısı Əhəd Abıyevlə İqtisadiyyat naziri Mikayıl Cabbarov ümummilli lider Heydər Əliyevin Daşkəsən şəhərinin mərkəzində ucaldılmış abidəsi önünə gül dəstələri qoyaraq Ulu Öndərin xatirəsini yad ediblər.

Daha sonra "Daşkəsən” Dəmir filizi mədənin şimal-qərb ərazisində görüş keçirilib. "AzerGold” QSC-nin İdarə heyətinin sədri Zakir İbrahimov giriş nitqi ilə əhatəli çıxış edərək Prezident İlham Əliyevin 2020-ci il 6 avqust tarixli Sərəncamına uyğun olaraq "Daşkəsən” dəmir filizi yatağının yenidən istismara verilməsi üçün ilkin qiymətləndirmə sənədinin hazırlanması işləri çərçivəsində geofiziki tədqiqatlar və geoloji kəşfiyyat işlərinin gedişatı barədə hesabat məruzəsini edib.

Mikayıl Cabbarov Prezident İlham Əliyevin tapşırıqlarına uyğun Daşkəsən rayonunda qara metallurgiya sanayesində qarşıda görüləcək işlər barədə çıxış edərək geniş məlumat verib, qısa müddət ərzində "Daşkəsən” dəmir filizi mədəninin müasir beynəlxalq standartlara uyğun yüksək səviyyədə işə salınacağını bildirib.

Görüşdən sonra Mikayıl Cabbarov ölkə iqtisadiyyatı üçün əlamətdar hadisə olan Azərbaycan iqtisadiyyatının "Açılış zəngi” mərasimində iştirak etmək üçün "AzerGold” QSC-nin Daşkəsən rayonunun "Çovdar” qızıl mədəninə gedib.

 




Son xəbərlər

Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar

Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...

Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət - VİDEO // FOTO

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi

ABŞ qoşunlarını Nigeriyadan çıxarır - Müzakirə başlayır

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Ayaq üstə işləmək faydalıdır?

"Biz heç nə etmədikdə qorxduğumuz baş verir" - Paşinyan

Elmira Süleymanova vəfat etdi

"Sudan sərvət çıxaran" məmurlar - VİDEO

Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar

Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundu

Rusiya niyə nüvə silahının kosmosda yayılmamasına veto qoyur? - Ağ Evdən reaksiya

Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi

Şuşada 450 mənzilli kompleks tikilir - VİDEO

Azərbaycan və Qırğızıstan diasporları əməkdaşlıq edəcək

Nazir direktoru işdən çıxardı

Azərbaycan nefti cüzi bahalaşıb

Bitki apokalipsisi: Bakteriya ağacları və məhsulları məhv edir

İmişlidə İcra başçısı qəbula gələn kənd sakinlərini “dama soxdurub” - RƏZALƏT

İcra Hakimiyyəti sabiq nazirdən 133 minə “BMW 520i” alır – Bazardakı qiymətdən 17,5 min bahadır

Beş ayda 67 milyon manat dövlət sifarişi verilmiş müəmmalı MMC-nin arxasında kimlər durur?

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

"Putin" filmi böyük reaksiyalara səbəb olub

"Paşinyan üzərinə götürdüyü öhdəliyi pozur" - Elçin Əmirbəyov

Xadimə direktoru niyə bıçaqlayıb? - "Dedilər məktəbdə açıq-saçıq geyinmisən..."

Bakı Sağlamlıq Mərkəzində maşınqayırma texnikumunu bitirən şəxs anju edir? - İDDİA // VİDEO

“AzerGold” QSC-də keniyalı iş adamları ilə görüş keçirilib - FOTO

Bütün xəbərlər