Cəmiyyət
Cəmiyyət / Sosial
Təhsil naziri avtobus sürən direktora TÖHMƏT VERDİ
Təhsil naziri Emin Əmrullayev məktəb direktoruna töhmət verib.
Mumtv.az Metbuat.az-a istinadən xəbər verir ki, bu barədə "Qafqazinfo”nun sorğusuna cavab olaraq Təhsil Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, "Müəllimlərin etik davranış Qaydaları”nı pozduğuna görə, Saatlı rayonu Yeni Novruzlu kənd tam orta məktəbinin direktoru Elnur Rzayevə Təhsil nazirinin müvafiq əmri ilə töhmət verilib.
Qeyd edək ki, sözügedən şəxsin avtobus sürücüsü işləməsilə bağlı sosial şəbəkələrdə məlumat yayılmışdı.