Cəmiyyət

Niderland Krallığında yaşayan azərbaycanlılar ölkə polisinin Haaqa şəhər bölməsinə təşəkkür məktubu ilə müraciət ediblər.

Diasporla İş üzrə Dövlət Komitəsindən Axar.az-a verilən məlumata görə, müraciətdə bildirilib ki, iyulun 17-də Azərbaycanın Niderlanddakı səfirliyinin önündə erməni icmasının 7 saatlıq aksiya keçirmək cəhdi əslində məkrli niyyətə xidmət edib. Onlar 30 il davam edən Dağlıq Qarabağ münaqişəsi nəticəsində Azərbaycan torpaqlarının 20 faizinin ermənilər tərəfindən zəbt olunmasına və Qarabağdan çox uzaqda yerləşən Azərbaycan sərhəddində erməni silahlı qüvvələrinin atəşkəsi pozaraq hərbçiləri və mülki şəxsləri öldürməsinə etiraz edən azərbaycanlı icmasını qıcıqlandırmaq və təxribata cəlb etmək məqsədi güdüblər.

Buna görə də soydaşlarımız hər hansı təxribatın baş verməməsi üçün səfirliyin ərazisində toplaşaraq, ermənilərin yerli ictimaiyyətdən əsl həqiqəti gizlətmək və yalan məlumatlandırmaq cəhdinə etirazlarını bildiriblər. Amma azərbaycanlıların bu nəcib hərəkəti belə ermənilərin azğın əməllərə yol verməsinin qarşısını almayıb. Ermənilər dinc və sakit aksiya keçirəcəkləri haqqında verdikləri vədlərini pozaraq, insanların hisslərinə, sərhəddə öldürülən azərbaycanlıların ruhuna hörmətsizlik edərək, mitinq yerində diskoteka təşkil ediblər və insani dəyərlərlə bir araya sığmayan təhqiredici şüarlar səsləndiriblər. Bununla da kifayətlənməyib, səfirliyin həyətində toplaşan azərbaycanlılara şüşə su qabları və daş atmağa başlayıblar.

Soydaşlarımız xüsusilə qeyd ediblər ki, məhz mitinqə nəzarət edən polislərin erməni təxribatlarına vaxtında və çevik müdaxiləsi nəticəsində insidentlərin qarşısı alınıb və Belçikadakı hadisələr Niderlandda baş verməyib.


Son xəbərlər

Bu şəxslərin təhsil haqlarından azad edilməsi ilə bağlı yaş həddi dəyişdirilə bilər

"Azərbaycan Prezidentinin aparatı ilə əlaqə davam edir" - Paşinyanın ofisi

Əlilliyi olan şəxslərlə bağlı ayrıca hesabat hazırlansın - TƏKLİF

Bu gün Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırır

Nazirlərin və komitə sədrlərinin qəbul günləri - CƏDVƏL

Daşqınlar insan təlafatına səbəb olub

İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə hücum edib

Bu şəhərə bir günlük gələnlər pul ödəyəcəklər

Füzuliyə növbəti köç karvanı yola düşdü

Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar

Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...

Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət - VİDEO // FOTO

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi

ABŞ qoşunlarını Nigeriyadan çıxarır - Müzakirə başlayır

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Ayaq üstə işləmək faydalıdır?

"Biz heç nə etmədikdə qorxduğumuz baş verir" - Paşinyan

Elmira Süleymanova vəfat etdi

"Sudan sərvət çıxaran" məmurlar - VİDEO

Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar

Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundu

Rusiya niyə nüvə silahının kosmosda yayılmamasına veto qoyur? - Ağ Evdən reaksiya

Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi

Şuşada 450 mənzilli kompleks tikilir - VİDEO

Azərbaycan və Qırğızıstan diasporları əməkdaşlıq edəcək

Nazir direktoru işdən çıxardı

Azərbaycan nefti cüzi bahalaşıb

Bitki apokalipsisi: Bakteriya ağacları və məhsulları məhv edir

Bütün xəbərlər