mumtv.az
mumtv.az

Azərbaycanda domen adlarının milli inzibatçısı müəyyənləşib

Azərbaycanda domen adlarının milli inzibatçısı müəyyənləşib
29-06-2020, 12:11 76 dəfə baxılıb

Azərbaycanda domen adlarının milli inzibatçısı müəyyənləşib

"Telekomnukasiya haqqında” qanuna dəyişiklik edilib.

Mumtv.az bildirir ki, APA-nın məlumatına görə, Milli Məclisin bu gün keçirilən iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılan qanun layihəsinə əsasən, qanuna 2 yeni maddə təklif olunur.

1.0.20 maddəsinə əsasən, domen adlarının milli inzibatçısı - "az” ölkə kodlu yüksək səviyyəli domen zonasında domen adlarının inzibatçılığını həyata keçirən səlahiyyətli şəxsdir.

7.10-1 maddəsinə əsasən, "az” ölkə kodlu yüksək səviyyəli domen zonasında domen adlarını qeydiyyatı və onlara texniki xidmət üzrə ödənişin məbləği müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə razılaşdırılmaqla, domen adının milli inzibatçısı tərəfindən müəyyən ediləcək.

Qanun layihəsi səsə qoyularaq qəbul edilib.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA